Azərbaycan ilə İtaliya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
07.10.2025 [13:01]
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar təsdiq edir ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilib.
Artıq Azərbaycanla İtaliya arasında 2 strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə keçdiyini göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji üzrə layihələr əsas yer tutur
Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biridir. İtaliya Azərbaycanın neft və qazının əsas ixrac istiqamətlərindən biridir. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən TAP (Trans Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır və bu, Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu artırır. TAP layihəsi 2020-ci ildə tam istismara verildikdən sonra Azərbaycan qazının Avropa bazarına çıxışı mümkün oldu və İtaliya bu qazın əsas alıcısına çevrildi..
Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycana səfəri iki dost ölkə arasında gələcək inkişaf mexanizminin daha da surətlənməsinə öz töhfələrini verəcəkdir. İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biri olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir.
İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir.
Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha bildirdi ki, biz, sözün əsl mənasında, strateji tərəfdaşıq.
Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı.
Azərbaycan–İtaliya münasibətləri artıq uzun illərdir ki, qarşılıqlı etimad, hörmət və strateji maraqlara əsaslanır. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Saziş və daha sonrakı illərdə qəbul edilən sənədlər bu münasibətlərin hüquqi bazasını formalaşdıraraq əməkdaşlığın çoxşaxəli inkişafına zəmin yaradıb. Prezident Mattarellanın səfəri isə həmin tərəfdaşlığın praktiki nəticələrini daha da gücləndirən addım kimi tarixə düşdü.
Xəbər lenti
Hamısına baxSosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17

