Prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi şübhəsizdir
02.10.2013 [10:19]
“AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş toplantı keçirilib
Dünən Nərimanov rayonunda yerləşən “AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş toplantı keçirilib. Toplantıdan öncə ASC-nin ofisində Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, Ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir: “Biz cənab Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əminik”.
Milli Məclisin deputatı Adil Əliyev isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. A.Əliyev bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Prezident İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyən natiqin fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, A.Əliyev vurğulayıb.
Tədbirdə olimpiya çempionu Fərid Mansurov da çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. Olimpiya çempionu deyib ki, Prezident İlham Əliyev xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. F.Mansurov cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığı bildirib. Onun sözlərinə görə, həm idmançılarımızın qazandığı qələbələr, həm də böyük beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi bunu təsdiq edir. F.Mansurov deyib ki, bütün idmançıların seçimi cənab İlham Əliyevdir. O, bütün seçiciləri də 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıb.
“AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri Xaqani Quluzadə bildirib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. X.Quluzadə deyib ki, “AKKORD” quruculuq işlərində iştirak edir, ölkəmizdə bir sıra böyük layihələri icra edir. Onun sözlərinə görə, təşkilat tərəfindən nəinki ölkəmizdə, eləcə də Gürcüstanda, Ukraynada, Qazaxıstanda və digər dövlətlərdə də layihələr icra olunur.
ASC-nin ümumilikdə 6 min nəfərə yaxın işçisinin olduğunu deyən X.Quluzadə qeyd edib ki, kollektiv üzvlərinin seçki günü cənab İlham Əliyevə səs verəcəyinə inanır. “Bu gün Azərbaycanın hər bir regionu inkişaf edir. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Əlbəttə ki, bizlər bu uğurlu siyasəti həyata keçirən cənab İlham Əliyevə səs verəcəyik” – deyə, X.Quluzadə vurğulayıb.
Tədbirdə kollektivin gənc üzvü Fatma Ələkbərova çıxış edərək Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Bu siyasət nəticəsində gəncliyin inkişaf etdiyini deyən F.Ələkbərovanın sözlərinə görə, Azərbaycan gənclərinin prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir.
Sonda ASC-nin YAP sıralarına yeni qoşulmuş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

