Dostluğun təntənəsi
13.10.2025 [14:51]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Prezident İlham Əliyev oktyabrın 9-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Cənab İlham Əliyev tədbir çərçivəsində Rusiya və Tacikistan Prezidentləri ilə də görüşdü. Təbii ki, hər bir tədbir mahiyyəti ilə bərabər, keçirilən məkan baxımından da diqqətdə olur. Çıxışlarda müzakirəyə çıxarılan məsələlər ətrafında fikir mübadiləsindən öncə ev sahibliyi edən ölkə ilə münasibətlərin inkişaf səviyyəsinə diqqət yönəldilir. MDB Dövlət Başçıları Şurasının iclası bu baxımdan diqqətdə oldu. Cənab İlham Əliyev əvvəlcə qonaqpərvərliyə, tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkürünü bildirdi. Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd etdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görür. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
Cənab İlham Əliyev çıxışında Birliyin həyatında mühüm hadisədən- Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsindən bəhs etdi. Bildirdi ki, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Qeyd edək ki, sentyabrın 28-də Gəncə şəhərində keçirilən təntənəli açılış mərasimi MDB məkanında həm idman, həm də dostluq və qarşılıqlı anlaşma baxımından əlamətdar hadisəyə çevrildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimini izlədilər. Mərasimdə Azərbaycanın milli mədəniyyəti, tarixi və müasir inkişafı müxtəlif musiqi, rəqs və teatr kompozisiyaları vasitəsilə nümayiş etdirildi. Xalq rəqsləri və səhnəciklər tədbirə xüsusi rəng qatdı.
III MDB Oyunları təkcə idman yarışı kimi deyil, həmçinin mədəniyyətlərarası dialoqun və gənclər arasında dostluğun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Qeyd etdiyimiz kimi, yarışlar yalnız Gəncə ilə məhdudlaşmadı, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olundu. Bu isə regionlarda idmanın və turizmin inkişafına müsbət təsir göstərdi. Azərbaycanın uğurla ev sahibliyi etdiyi bu kimi beynəlxalq tədbirlər, o cümlədən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. III MDB Oyunları idmanın sərhədsiz birləşdirici gücünü və mədəni diplomatiyanın əhəmiyyətini bir daha təsdiqlədi.
Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə hər bir çıxışı Azərbaycan reallıqlarının, ölkəmizin dünya birliyində rolunun, artan nüfuzunun təqdimatıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

