/ / Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı
Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı
14.10.2025 [21:10]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutmuş MDB Dövlət Başçıları Şurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın uzaqgörən diplomatiyasını, ölkəmizin beynəlxalq nüfuzunu və regionda liderliyini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısının nitqi, son dərəcə açıq-aydın fikirləri bird aha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də bütün regionda sabitliyin, iqtisadi tərəfdaşlığın və dostluq əlaqələrinin inkişafına aparıcı töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı birliyə üzv dövlətlərlə ölkəmizin qarşılıqlı münasibətlərinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəkləmələri bunun aydın təzahürlərindən biridir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər MDB məkanında birliyin ruhuna uyğun olaraq həmrəylik, qarşılıqlı dəstək və inteqrasiya ideyalarının daha da gücləndirilməsinə xidmət edir. Dövlətimizin başçısı həmçinin bildirdi ki, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf etməkdədir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir
Azərbaycanın işğaldan azad olunan dilbər guşələrindən olan Şərqi Zəngəzur rayonunun Laçın şəhəri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilmişdi.
Bu, hər bir azərbaycanlıda məmnunluq və fəxarət hissi oyadır. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır.
Azad Laçına Azərbaycan Prezidentinin səfərləri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir.
Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü.
Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır.
Azərbaycan MDB-də formal iştirakçı olsa da, hər bir ölkə ilə də ayrılıqda enerji, logistika, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığa, böyük təsir gücünə malikdir. Prezident İlham Əliyevin iclasdakı çıxışında diqqətçəkən məqam əməkdaşlığın qarşılıqlı maraq əsasında davam etdirilməli olduğu mesajı idi. Bu, Azərbaycanın xarici siyasətində dəyişməz prinsipə – tarazlıq və suveren qərarverməyə əsaslanır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında III MDB Oyunlarına da toxunaraq bildirib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu: "Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir".
Dünyanın idman arenasında, artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna son on bir ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.
Digər tərəfdən, Tacikistan paytaxtında keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərində diplomatik yumşalmanın əlaməti kimi qiymətləndirilir. Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Tacikistanın paytaxtı Düşənbədə təkbətək görüş keçirdilər. Görüş çoxtərəfli diplomatik tədbirlər çərçivəsində - Mərkəzi Asiya-Rusiya ikinci Sammiti və MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş tutdu. Son illər Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq hiss olunsa da, Düşənbə görüşü iki ölkə arasında diplomatik əlaqələrin davam etməsinə və mövcud gərginliyin yumşaldılmasına işarə edir.
Xüsusi vurğulamaq lazımdır ki, Cənab Prezident İlham Əliyevin çıxışı MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi, dostluq və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi istiqamətində vacib siyasi mesaj oldu. Azərbaycan bu gün regionda dayanıqlı inkişafın və sülhün təmin olunması yolunda aparıcı rola malikdir.
Əminliklə deyə bilərik ki, Düşənbədəki toplantı Azərbaycanın regional siyasətində sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Bir sözlə, Prezident İlham Əliyev Düşənbədə Azərbaycanın geostrateji önəmini daha mötəbər mərtəbəyə qaldırdı.
Xəbər lenti
Hamısına bax
Analitik
15 Oktyabr 09:16

Sosial
15 Oktyabr 08:54

MEDİA
15 Oktyabr 08:21

Dünya
15 Oktyabr 08:14

Dünya
15 Oktyabr 07:43

İqtisadiyyat
15 Oktyabr 07:42

YAP xəbərləri
14 Oktyabr 23:59

YAP xəbərləri
14 Oktyabr 23:35

Dünya
14 Oktyabr 23:10

Dünya
14 Oktyabr 22:49

Xəbər lenti
14 Oktyabr 22:32

Dünya
14 Oktyabr 22:30

YAP xəbərləri
14 Oktyabr 22:17

Dünya
14 Oktyabr 21:46

Dünya
14 Oktyabr 21:38

YAP xəbərləri
14 Oktyabr 21:10

Siyasət
14 Oktyabr 20:59

Dünya
14 Oktyabr 20:57

YAP xəbərləri
14 Oktyabr 20:32

Dünya
14 Oktyabr 20:14

Xəbər lenti
14 Oktyabr 20:01

Siyasət
14 Oktyabr 19:56

Hadisə
14 Oktyabr 19:55

Dünya
14 Oktyabr 19:32

YAP xəbərləri
14 Oktyabr 19:18

YAP xəbərləri
14 Oktyabr 18:27
YAP xəbərləri
14 Oktyabr 18:16

Gündəm
14 Oktyabr 18:15

Gündəm
14 Oktyabr 18:14

YAP xəbərləri
14 Oktyabr 18:00

YAP xəbərləri
14 Oktyabr 17:45

YAP xəbərləri
14 Oktyabr 17:27

YAP xəbərləri
14 Oktyabr 17:05

YAP xəbərləri
14 Oktyabr 16:34

İqtisadiyyat
14 Oktyabr 16:18

Analitik
14 Oktyabr 16:05

İqtisadiyyat
14 Oktyabr 16:05

YAP xəbərləri
14 Oktyabr 15:58

YAP xəbərləri
14 Oktyabr 15:22

YAP xəbərləri
14 Oktyabr 15:17

Sosial
14 Oktyabr 15:13

YAP xəbərləri
14 Oktyabr 15:09

Hadisə
14 Oktyabr 15:07

Sosial
14 Oktyabr 15:05

Dünya
14 Oktyabr 15:04

İqtisadiyyat
14 Oktyabr 15:03

İqtisadiyyat
14 Oktyabr 15:00

Sosial
14 Oktyabr 14:36

Elm
14 Oktyabr 14:29

Dünya
14 Oktyabr 14:26

YAP xəbərləri
14 Oktyabr 14:18

YAP xəbərləri
14 Oktyabr 13:23

Analitik
14 Oktyabr 13:07

YAP xəbərləri
14 Oktyabr 12:36

YAP xəbərləri
14 Oktyabr 12:36

YAP xəbərləri
14 Oktyabr 12:21

Siyasət
14 Oktyabr 12:07

Elanlar
14 Oktyabr 12:07

Siyasət
14 Oktyabr 11:56

Siyasət
14 Oktyabr 11:43

Siyasət
14 Oktyabr 11:30

Siyasət
14 Oktyabr 11:18

İqtisadiyyat
14 Oktyabr 10:59

Siyasət
14 Oktyabr 10:46

Siyasət
14 Oktyabr 10:38

İqtisadiyyat
14 Oktyabr 10:14

Analitik
14 Oktyabr 09:50

Analitik
14 Oktyabr 09:36

Analitik
14 Oktyabr 09:13

İqtisadiyyat
14 Oktyabr 08:52
