Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Azərbaycanın müstəqilliyi əbədidir!” mövzusunda tədbir keçirilib

“Azərbaycanın müstəqilliyi əbədidir!” mövzusunda tədbir keçirilib

17.10.2025 [17:17]

17 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Samux rayon təşkilatında 18 Oktyabr- Azərbaycanın Dövlət müstəqilliyinin bərpası gününə həsr edilmiş “Azərbaycanın müstəqilliyi əbədidir!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri  giriş sözü ilə açan YAP Samux rayon  təşkilatının sədri Gündüz  Bayramov tədbir iştirakçılarını “Müstəqilliyin Bərpası Günü” münasibətilə təbrik edib,  18 oktyabrı Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik tarix kimi dəyərləndirib.  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının  ilk illərində xeyli çətinliklərlə üzləşdiyini bildirib. Qeyd edib ki,  1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi, ölkə inkişaf etdi, iqtisadi gücümüz artdı. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.  Sədr həmçinin vurğulayıb ki,  Ulu Öndər Heydər Əliyev xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdı və bununla da müstəqil Azərbaycan  yeni inkişaf yoluna imza atdı, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz oldu. G.Bayramov  hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi getdikcə daha da möhkəmləndiyini də qeyd edib.

Tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının   müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Samux şəhər Nəbiağalı ərazi partiya təşkilatının üzvü, təqaüdçü- müəllim Fidail Əliyev, Samux şəhər 3 saylı orta məktəb ərazi partiya təşkilatının üzvləri Səlminə Məmmədova, Leyli Süleymanova  çıxış  edərək Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  növbəti mərhələnin-inkişaf, tərəqqi dövrünün əsasını qoyduğunu  vurğulayıblar. Natiqlər müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildiriblər  ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl oldu. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda aparıcı  lider  ölkə olmasına gətirib çıxardı.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Oktyabr 11:38  

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31