Qubadlı inkişafının yeni dövrünü yaşayır
24.10.2025 [12:11]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Qubadlı şəhərinin azad edildiyi gün Qubadlı sakinləri və bütün Azərbaycan xalqı üçün qürur, iftixar və vətənpərvərlik rəmzidir. 2020-ci ilin həmin tarixi günündə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməklə Vətən müharibəsində növbəti parlaq qələbəyə imza atdı.
Qubadlının azad edilməsi yalnız hərbi uğur deyil, həm də ədalətin, haqqın və xalqın iradəsinin təntənəsi idi. 27 il düşmən tapdağı altında qalan bu qədim diyarın azad olunması xalqımıza böyük ruh yüksəkliyi və gələcəyə inam bəxş etdi.
44 günlük Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Qısa müddət ərzində şəhərin baş planı təsdiqlənmiş, müasir infrastruktura malik Ağıllı şəhər konsepsiyasına uyğun tikinti və abadlıq layihələri icra olunmağa başlanmışdır.
Bu gün Qubadlıda yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, sosial obyektlər, yol və enerji infrastruktur layihələri həyata keçirilir. Qayıdış prosesi artıq reallığa çevrilir – doğma torpaqlarına qovuşan qayıdışçılar üçün müasir şərait yaradılır. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarının tikintisi regionun logistikasında mühüm rol oynayacaq. Bu yollar həm iqtisadi dövriyyəni, həm də əhalinin rahat hərəkətini təmin edəcək. 27 oktyabr 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu strateji əhəmiyyətli sərhəd nəzarəti sisteminə çevrilib. Bu post təkcə təhlükəsizlik funksiyası daşımır, həm də azad edilmiş ərazilərdə iqtisadi dövriyyənin qanuni əsaslarla tənzimlənməsini təmin edir.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2021-ci ilin oktybrında və 2023-cü ilin mayında Qubadlıya səfər etməsi, burada aparılan tikinti və bərpa işləri ilə yaxından tanış olması, vətəndaşlarla görüşərək Qubadlının yenidən dirçəlməsi istiqamətində vacib tapşırıqlar verməsi Qubadlıya dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Qubadlı rayonunun hər guşəsində Azərbaycanın gücü, dövlətimizin qayğısı və xalqımızın yenilməz ruhu hiss olunur. Qubadlı şəhərinin azad edilməsi və bərpası bir daha sübut etdi ki, Azərbaycan dövləti və xalqı torpaqlarının azadlığı, inkişafı naminə hər zaman bir yumruq kimi birdir.
25 oktyabr - Qubadlı şəhəri günü təkcə bir tarix deyil, bu gün qəhrəmanlıq, birlik və milli iradə günüdür. Hər il bu gün Qubadlı şəhərinin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılır, Qubadlının yenidən qurulması istiqamətində görülən işlər xalqımıza qürur və sevinc hissi yaşadır. Bu gün dirçələn Qubadlı qalib Azərbaycanın qüdrətinin, dövlətimizin Başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

