Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi
25.10.2025 [11:36]
Azərbaycan Ordusunun 2020-ci ilin payızında həyata keçirdiyi 44 günlük Vətən müharibəsində Qubadlının azad olunması əməliyyatı mühüm strateji və tarixi əhəmiyyətə malik idi. Oktyabr ayının ortalarından etibarən Qubadlı istiqamətində ağır döyüşlər gedirdi. Şəhərin ətrafındakı yüksəkliklərdə düşmən güclü istehkamlar qurmuşdu. Ordumuzun əsas məqsədi əvvəlcə həmin strateji yüksəklikləri azad etmək idi. Qəhrəman hərbçilərimizin şücaəti sayəsində Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu, ardınca şəhər istiqamətində irəliləyiş başlandı.
Ölkəmizin cənub-qərbində yerləşən və Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlının işğaldan azad edilməsi tarixi Zəfərimizin mühüm mərhələsini təşkil etdi. 1992–1993-cü illərdə ardıcıl olaraq itirdiyimiz bu torpaqları 2020-ci ildə əsgər və zabitlərimizin qanı, iradəsi və vətənpərvərliyi sayəsində qarış-qarış geri aldıq. Hər bir kəndin, qəsəbənin, şəhərin azad edilməsi xalqımız və dövlətimiz üçün ölçüyəgəlməz dəyərə malik idi.
Strateji əhəmiyyətinə görə Qubadlı əməliyyatı böyük peşəkarlıq və hərbi hazırlıq tələb edirdi. Bu döyüşlərdə Azərbaycan Ordusu yüksək savad, cəsarət və milli vətənpərvərlik ruhu nümayiş etdirdi. Nəticədə, 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən tam azad etdi və bununla da müharibənin son mərhələsində həlledici üstünlüyə nail oldu.
Bu Zəfərin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Qubadlının azad olunmasına görə” medalı təsis olundu və çoxsaylı hərbi qulluqçularımız bu medalla təltif edildi. Bu, həm qəhrəman əsgər və zabitlərimizin şücaətinə verilən yüksək qiymət, həm də xalqımızın Vətən müharibəsində qazandığı Qələbənin rəmzi idi.
Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda tarixi qələbə günlərini əbədiləşdirmək məqsədilə mühüm qərarlar qəbul edib. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Həmin sərəncama uyğun olaraq, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu qərar Qubadlının azadlıq tarixinin dövlət səviyyəsində rəsmiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

