Qubadlıya öz sahibləri qayıdıb
27.10.2025 [12:11]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
25 oktyabr xalqımızın yaddaşına qızıl hərflərlə yazılan möhtəşəm bir gündür. Bu tarix Azərbaycan dövlətinin, ordusunun və xalqının birlik, iradə və qəhrəmanlığının təntənəsidir. Məhz həmin gün – 2020-ci ilin 25 oktyabrında qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Bu dərin mənalı sözlər təkcə hərbi-siyasi hadisənin qiymətləndirilməsi deyil, həm də xalqımızın illərlə çəkdiyi həsrətin, itkilərin və mübarizənin haqq səsinə çevrilmiş ifadəsidir. Qubadlı torpağı azad olunmaqla təkcə özünün deyil, bütün Azərbaycanın mənəvi dirçəlişinə təkan verdi.
44 günlük Vətən müharibəsi dövründə Qubadlı uğrunda gedən döyüşlər xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biridir. Bu döyüşlərdə şəhidlərimizin qanı, əsgərlərimizin şücaəti, zabitlərimizin dəyanəti nəticəsində Qubadlı torpağı düşməndən təmizləndi, üçrəngli Azərbaycan bayrağı yenidən bu qədim diyarın üzərində qürurla dalğalandı.
Bu gün Qubadlı dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş bütün ərazilər kimi Qubadlıda da həyat yenidən bərpa olunur. Yeni infrastruktur layihələri, müasir yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və yollar inşa edilir. Qubadlı bu gün müasir şəhər planlaşdırılması baxımından nümunəyə çevrilir.
Bu yenidənqurma prosesində xalqın dövlətə inamı, dövlətin isə vətəndaşa qayğısı özünü açıq şəkildə göstərir. Qubadlının hər qarışında vətən sevgisi, şəhid qanı və dövlətimizin gücü var. Bu torpağa qayıdan hər bir vətəndaş artıq əminliklə deyir: “Biz öz evimizdəyik, öz Vətənimizdəyik!”
Yeni Azərbaycan Partiyasının üzvləri olaraq biz bu qüruru, bu inamı hər zaman öz fəaliyyətimizdə rəhbər tuturuq. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanın hər bir guşəsində olduğu kimi, Qubadlıda da inkişaf, tərəqqi və yenidənqurmanın təminatçısıdır. Qubadlının azadlığı həm də müasir Azərbaycan dövlətinin gücünün, xalq-ordu birliyinin rəmzidir. Bu gün Qubadlıda üçrəngli bayrağımız dalğalanır, ucalıq və azadlıq simvoluna çevrilmiş bu torpaq artıq işğalın deyil, qələbənin, quruculuğun və həyatın rəmzidir. Biz əminik ki, tezliklə Qubadlı tam şəkildə öz əvvəlki gözəlliyinə qovuşacaq, sakinlərinin gülüşü, uşaqların səsi bu torpaqlarda əks-səda verəcək. Qubadlı uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, onların qəhrəmanlığını hər zaman qürurla xatırlayırıq. Qazilərimizə minnətdarlığımız sonsuzdur.
Bu qələbənin memarı, xalqımıza bu qüruru bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün biz qalib bir xalq kimi danışırıq.
Qubadlıya öz sahibləri qayıdıb – bu, həm tarixi ədalətin, həm də milli qürurun bərpasıdır!
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

