Bayrağımız tariximiz, qürurumuz, kimliyimizdir
06.11.2025 [13:40]
Azərbaycanın üçrəngli Dövlət Bayrağı, sadəcə bir parıldayan parçadan ibarət deyil. O, millətimizin dövlətçiliyinin, azadlığının və müstəqilliyinin ən müqəddəs rəmzidir. Ulu Öndər Heydər Əliyev öz müdrik sözləri ilə bunu belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günün təntənəli qeyd olunması, 2009-cu il noyabrın 17-də cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsaslanır. Həmin Sərəncamla 9 noyabr qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir. Dövlət rəmzlərinə hörmət, yalnız hüquqi məsuliyyət deyil, həm də hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi bunu açıq şəkildə təsbit edir: hər bir vətəndaş dövlət bayrağına, gerbinə və himninə hörmət etməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ən parlaq səhifələrindən biri, üçrəngli bayrağımızın 1918-ci il noyabrın 9-da ilk dəfə Bakıda qəbul edilməsidir. Həmin gün Dövlət Bayrağı Nazirlər Şurasının binası üzərində dalğalanmağa başlamış və 1920-ci ilin aprel ayınadək dövlət atributu olmuşdur. Bayrağın rəngləri milli istiqlal ideologiyasının üç təməl prinsipini – Türkçülüyü, müasirliyi və islamçılığı – ifadə edir. Bu ideoloji təməli XX əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə müəyyən etmişdir. Üçrəngli bayraq bizim azadlıq məfkurəmizi, milli-mənəvi dəyərlərimizi və ümumbəşəri ideallara sadiqliyimizi simvolizə edir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dövlət bayrağı kimi təsdiqləndi. Bu tarixi addımın arxasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi dayanırdı. O özü xatırladırdı: “Biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağı qaldırdıq. Bu bayraq milli atribut kimi Naxçıvanın həyatına daxil oldu.” Bu qərar yalnız Naxçıvan üçün deyil, bütöv Azərbaycan üçün dövlətçilik ənənələrinin bərpasında önəmli mərhələ oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək onu rəsmi dövlət atributu kimi təsdiqlədi.
Azərbaycan Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz ağ rəngdə təsvir olunmuşdur. Bu rənglərin və simvolların hər biri Azərbaycan xalqının milli azadlıq və müstəqillik mübarizəsini, dini və mədəni dəyərlərini təcəssüm etdirir. Bayraq hər bir vətəndaşın həyatında mənəvi bir simvol olmalıdır. Ulu Öndər Heydər Əliyev bu haqda deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.” Cənab Prezident İlham Əliyev isə Bayrağın bugünkü müqəddəs statusunu belə ifadə edir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.” 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində cənab Prezident qeyd etmişdir ki, Azərbaycan Bayrağı həm ölkəmizdə, həm də beynəlxalq miqyasda müstəqil dövlətimizin simvolu kimi dalğalanır və hər bir vətəndaş üçün müqəddəs rəmzə çevrilmişdir. İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın ucaldılması qürurumuzun və milli kimliyimizin ifadəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərdən dərhal sonra həmin ərazilərə ilk səfərləri və Bayrağın ucaldılması Azərbaycan xalqının iradəsinin, dövlətçilik ruhunun və gələcəyə inamının təcəssümüdür.
Dövlət Bayrağı yalnız bir rəmz deyil, o, Azərbaycan xalqının birlik, dövlətçilik və milli qürur ideallarının simvoludur. Bu bayraq altında birləşmək, ona hörmət etmək hər bir vətəndaşın borcudur. Üçrəngli Bayraq – Dövlətçilik Ruhumuzun və Qürurumuzun Simvolu, hər zaman göylərdə dalğalanacaq və gələcək nəsillərə azad və müstəqil Azərbaycan ideallarını çatdıracaqdır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

