Üçrəngli bayraq – Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əbədi rəmzidir
12.11.2025 [11:33]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan xalqı üçün 9 Noyabr – Dövlət Bayrağı Günü yalnız təqvimdə bir tarix deyil, həm də milli qürur, dövlətçilik və müstəqillik təntənəsidir. Bu gün xalqımızın əsrlər boyu azadlıq uğrunda apardığı mübarizənin, milli birliyin və suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq olunub. Bu üçrəngli bayraq azadlıq və milli kimliyimizin simvoluna çevrilərək, bu gün müstəqil Azərbaycan Respublikasının üzərində qürurla dalğalanır. Bayrağımızın mavi rəngi türklüyümüzü, qırmızı rəngi müasir inkişaf və tərəqqiyə sadiqliyimizi, yaşıl rəngi isə İslam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Bu üç rəngin vəhdəti Azərbaycan xalqının tarixi köklərini, milli mənsubiyyətini və gələcəyə inamını simvolizə edir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını yenidən dövlət atributu kimi bərpa etməklə milli dövlətçilik düşüncəsini və azadlıq ideallarını dirçəltmiş oldu. Bu qərar müstəqil Azərbaycanın gələcək inkişafının ideoloji təməlini formalaşdırdı.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı dünya miqyasında daha da ucaldı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda – Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında və Xankəndidə qürurla dalğalanmağa başladı. Hər bir azərbaycanlı üçün bu mənzərə milli qürurun, xalq birliyinin və dövlətimizin gücünün təcəssümüdür.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan bayrağı bu gün müstəqil Azərbaycanın rəmzidir. Biz onu qoruyacaq, onu daim zirvələrdə dalğalandıracağıq.”
Bu gün üçrəngli bayraq altında birləşən xalqımız dövlətinə, ordusuna və Ali Baş Komandanına dərin sevgi və etimad hissi ilə yaşayır. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya xatırladır ki, müstəqilliyimizi qorumaq, milli dəyərlərimizi yaşatmaq və dövlətçiliyimizi daha da möhkəmləndirmək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Üçrəngli bayrağımız daim uca zirvələrdə dalğalansın!
Yaşasın müstəqil Azərbaycan!
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

