Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçiliyimizin hüquqi təməli
12.11.2025 [15:44]
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqilliyini, dövlət quruluşunu, insan və vətəndaş hüquqlarını, dövlətin əsas prinsiplərini və idarəetmə sistemini müəyyən edən ali hüquqi sənəddir. Bu sənəd, dövlətçiliyimizin hüquqi dayaqlarını təmin edən, xalqın iradəsini ifadə edən və Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi sənəd kimi milli tariximizin ən mühüm səhifələrindən birini təşkil edir.
Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə – Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. Lakin o dövrdə ölkənin siyasi və hərbi vəziyyəti dövlətin əsas qanununun qəbuluna imkan verməmişdir. Azərbaycan SSR dövründə qəbul olunan konstitusiyalar isə müstəqil dövlətin deyil, sovet sisteminin prinsiplərinə əsaslanırdı. Bu səbəbdən müasir müstəqil Azərbaycan Respublikasının konstitusiya tarixi 1990-cı illərin əvvəllərindən – dövlət müstəqilliyinin bərpa olunduğu dövrdən başlanır.
1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yeni hüquqi dövrün əsasını qoydu. Lakin həmin dövrdə dövlət idarəçiliyindəki səriştəsizlik və siyasi xaos cəmiyyətin bütün sahələrinə təsir göstərdi. Məhz 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bu vəziyyəti dəyişdi, ölkədə sabitlik yaratdı və müasir dövlət quruculuğunun hüquqi əsaslarını formalaşdırdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və qısa müddətdə müstəqil dövlətin prinsiplərini əks etdirən Konstitusiya layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu nəticəsində bu sənəd böyük səs çoxluğu ilə qəbul olundu. Beləliklə, Azərbaycan xalqı demokratik, hüquqi və dünyəvi dövlətin əsaslarını təsbit etmiş oldu. Həmin tarixi günün əhəmiyyətini nəzərə alan Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edildi.
Bu Konstitusiya xalq hakimiyyəti, dövlətin suverenliyi, qanunların aliliyi, insan hüquq və azadlıqlarının qorunması kimi prinsiplərə əsaslanır. Əsas Qanunumuzun 48 maddəsi birbaşa insan və vətəndaş hüquqlarına həsr olunmuşdur. Hər bir vətəndaşın azad yaşamaq, sərbəst düşünmək, təhsil almaq, seçmək və seçilmək hüquqları Konstitusiya ilə təmin olunur.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, “Biz elə bir Konstitusiya hazırlamalıyıq ki, o, müstəqil Azərbaycanın uzun müddət sabit yaşamasını təmin etsin”. Bu fikir bir daha göstərir ki, Konstitusiyamız sadəcə hüquqi sənəd deyil, dövlətimizin gələcək inkişaf yolunu müəyyən edən strateji proqramdır.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

