YAP-ın yaranması ölkəmizin taleyində dönüş nöqtəsi oldu
21.11.2025 [14:58]
1992-ci il 21 noyabr Azərbaycan siyasi tarixində dönüş nöqtələrindən biri kimi yadda qalmışdır. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və bu proses həm siyasi sistemin formalaşmasına, həm də ölkədə dövlətçiliyin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsinə mühüm təsir göstərdi. Həmin dövr ölkə üçün olduqca çətin, ziddiyyətli və təhlükəli bir mərhələ idi. Müstəqilliyin elanından cəmi bir il keçmişdi, lakin ölkədə siyasi parçalanma dərinləşmiş, iqtisadi tənəzzül sürətlənmiş, idarəetmə sistemi tənəzzülə uğramışdı. Ən böyük təhlükə isə Qarabağ müharibəsinin genişlənməsi, torpaqların ardıcıl işğalı və ölkədə hakimiyyətsizliyin artması idi. Cəmiyyətin böyük hissəsi mövcud hakimiyyətin bu çağırışlarla mübarizə aparmaq gücünə sahib olmadığını görür, ölkə daxilində siyasi alternativə ehtiyac yaranırdı. Bu mürəkkəb şəraitdə ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər bir araya gələrək yeni siyasi qüvvənin zəruriliyini müzakirə etməyə başladılar.
Onların əsas məqsədi ölkənin gələcək inkişafı üçün düşünülmüş, təcrübəyə əsaslanan, milli maraqları müdafiə edən siyasi xətt formalaşdırmaq idi. Bu məqsədlə ölkənin müxtəlif bölgələrindən 91 tanınmış şəxs Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət cəmiyyətdə geniş dəstək qazandı və qısa müddətdə ictimai-siyasi proseslərin istiqamətini dəyişməyə başladı. Müraciət müəllifləri hesab edirdilər ki, ölkənin ağır durumdan çıxarılması, dövlətçiliyin qorunması və siyasi sabitliyin bərpası üçün Heydər Əliyevin siyasi təcrübəsinə ciddi ehtiyac var. Onların çağırışı həm cəmiyyətin ümumi ovqatını, həm də dövlətin xilası üçün ümidlərin istiqamətini əks etdirirdi. Bu müraciətin ardınca Yeni Azərbaycan Partiyasının yaradılması ideyası formalaşmağa başladı. 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransının keçirilməsi ilə bu ideya rəsmi siyasi təşkilata çevrildi. Konfransın Naxçıvanda keçirilməsi də həmin dövrün siyasi şəraitindən irəli gəlirdi. Paytaxtda və ölkənin digər bölgələrində müxalif qüvvələrin təzyiqləri, təhlükə riskləri yüksək olduğundan təşkilatçılar toplantını daha sabit və təhlükəsiz məkanda keçirməyi məqsədəuyğun hesab etdilər. Buna baxmayaraq, konfransda ölkənin müxtəlif bölgələrindən nümayəndələr iştirak edir, siyasi proseslərdə fəal vətəndaş mövqeyi nümayiş etdirirdilər.
Bu, həm də göstərirdi ki, həmin dövrdə insanlar siyasi alternativ axtarır, dövlətin gələcəyi naminə yeni bir gücün formalaşmasını dəstəkləyirdilər. Təsis konfransı həm ideoloji baxımdan, həm də təşkilati cəhətdən mühüm sənədlərlə yadda qaldı. Burada partiyanın proqram və nizamnaməsi qəbul olundu, ölkənin gələcək inkişafı üçün strateji hədəflər müəyyənləşdirildi. Əsas istiqamətlər sırasında hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin möhkəmləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi, ərazi bütövlüyünün bərpası və milli həmrəyliyin təmin olunması dayanırdı. Konfrans iştirakçıları açıq şəkildə bildirirdilər ki, ölkədə siyasi xaosun qarşısını almaq, parçalanmanı dayandırmaq və idarəetməni bərpa etmək üçün güclü, məsuliyyətli və təcrübəli liderliyə ehtiyac var. Partiyanın sədri kimi Heydər Əliyevin seçilməsi də bu ehtiyacdan qaynaqlanırdı. Konfransın keçirilməsi ölkədə siyasi qüvvələr nisbətində dəyişiklik yaratdı.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə ciddi ictimai dəstək qazanması mövcud hakimiyyətin siyasi üstünlüyünü zəiflətdi və cəmiyyətdə yeni ümid dalğası formalaşdırdı. İnsanlar artıq ölkənin gələcəyinə daha inamla yanaşmağa, dövlətçiliyin qorunması və inkişafı üçün real mexanizmin yarandığını düşünməyə başladılar. Partiyanın formalaşması yalnız siyasi təşkilatın yaranması deyil, həm də dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilirdi. Çünki həmin dövrün reallığında YAP həm siyasi təşkilat, həm də milli birliyin platformasına çevrilmişdi. 1992-ci il 21 noyabrda keçirilən təsis konfransı sonrakı illərdə Azərbaycanın siyasi xəritəsini köklü şəkildə dəyişdirdi.
Bir il sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı, siyasi sabitliyin bərpası, müharibə və iqtisadi böhran şəraitində həyata keçirilən islahatlar, dövlət institutlarının gücləndirilməsi məhz bu konfransın əsasını qoyduğu proseslərin məntiqi davamı oldu. Bu baxımdan konfrans yalnız bir təşkilati iclas deyil, ölkənin gələcək inkişaf yolunu müəyyən edən tarixi hadisə kimi qiymətləndirilir. Bu gün həmin hadisəyə nəzər saldıqda görünür ki, 21 noyabr 1992-ci ildə atılan addım Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyırdı. O dövrdə yaşanan siyasi qarışıqlıq, müharibə, iqtisadi tənəzzül və idarəetmə böhranı fonunda YAP-ın yaradılması xalqın ümumi iradəsini, milli birliyi və ölkənin gələcəyinə inamını ifadə edirdi. Bu proses Azərbaycan tarixində sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin güclənməsi və müasir siyasi sistemin formalaşması baxımından mühüm mərhələ kimi yadda qalmışdır.
Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

