Dövlət İradəsinin humanist modeli
18.12.2025 [19:22]
Samirə Zeynalova
YAP Tərtər rayon təşkliatının mühasibi
XXI əsrin siyasi leksikonunda ən çətin anlayışlardan biri suverenlikdir. Suverenlik yalnız torpaq xəritəsi deyil o, milli iradənin toplanmış enerjisidir, dövlətin öz taleyini özü təyin etməsi qənaətidir və nəhayət, idarəçilik fəlsəfəsinin insanı necə gördüyünün göstəricisidir. Elə buna görə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan olunması sadəcə protokol qərarı yox, siyasi-ideoloji kursun deklarasiyasıdır.Bu deklarasiya təkcə dövlət institutlarını deyil, cəmiyyətin psixoloji toxumasını yeniləyən bir prosesdir. Və həmin böyük çərçivədə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü dövlət iradəsinin siyasi humanizmə yönələn strategiyası kimi oxunur. Bu, “güclü dövlət - humanist yanaşma” düsturunun praktik interpretasiyasıdır. Amnistiyanın hüquqi texnikası soyuqdur – maddələr, istisnalar, şərtlər. Amma siyasi çəkisi isti və hissi yüklüdür. Amnistiya - dövlətin öz vətəndaşı ilə dialoqa gedə biləcəyinin isbatıdır. Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.
Amnistiya təşəbbüsü məhz bu yanaşmanın təzahürü olaraq, müxtəlif səbəblərdən azadlıqdan məhrum edilmiş, lakin cəmiyyət üçün real təhlükə törətməyən şəxslərə ikinci şans verilməsini nəzərdə tutur. Bu, həm də ailə institutunun qorunmasına, sosial sabitliyin möhkəmlənməsinə və insanların gələcəyə ümidlə baxmasına xidmət edən mühüm addımdır. Amnistiya təşəbbüsü Prezident İlham Əliyevin dövlət idarəçiliyində humanizm, mərhəmət və ədalət prinsiplərini daim ön planda saxladığını bir daha təsdiqləyir. Bu təşəbbüs cəmiyyətə açıq mesajdır ki, Azərbaycan dövləti vətəndaşlarının taleyinə biganə deyil, onların səhvlərindən nəticə çıxararaq düzgün yola qayıtmasını dəstəkləyir. Xüsusilə “Konstitusiya və Suverenlik İli” kimi tarixi və rəmzi əhəmiyyət daşıyan bir dövrdə amnistiyanın gündəmə gətirilməsi dövlət suverenliyinin yalnız ərazi bütövlüyü ilə deyil, həm də hüquqi və mənəvi dəyərlərlə möhkəmləndirildiyini göstərir. Amnistiyanın şamil olunacağı şəxslər kateqoriyası da bu təşəbbüsün sosial ədalət və humanizm prinsiplərinə əsaslandığını açıq şəkildə nümayiş etdirir.
1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.
Azərbaycan dünya miqyasında siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır, nüfuz qazanır. Yeniləşmə, təkmilləşmə, zamanın tələblərinə uyğun islahatlar dayanıqlı inkişafın əsasıdır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

