Milli birliyin və bərabərliyin simvolu
29.12.2025 [21:12]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, birlik ruhunun və bərabərliyə əsaslanan dövlətçilik düşüncəsinin parlaq təzahürüdür. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını ortaq tarix, dil, mədəniyyət və milli maraqlar ətrafında birləşdirən mənəvi körpü rolunu oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə qoyulmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində milli həmrəyliyin ideoloji əsasları formalaşdırılmış, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və milli maraqlar ətrafında bir araya gəlməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu tarixin rəsmiləşdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi. Bu gün milli birliyin əsas mahiyyəti yalnız coğrafi sərhədlərlə məhdudlaşmır. 31 dekabr Azərbaycan xalqının harada yaşamasından asılı olmayaraq, bərabər hüquqlara, ortaq dəyərlərə və eyni məsuliyyət hissinə malik olduğunu nümayiş etdirir. Bu, milli maraqların qorunması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycan dövlətçiliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət dünya azərbaycanlıları arasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin artan nüfuzu, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması milli birlik ideyasını real gücə çevirmişdir. Bu gün həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız Azərbaycanın qazandığı tarixi nailiyyətlərlə qürur duyur və vahid mövqedən çıxış edirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi önəm daşıyır. Bu gün gənclərə milli kimliyə sadiqlik, vətənpərvərlik və bərabərlik ruhu aşılanır, onların Azərbaycanla mənəvi bağlarının möhkəmlənməsinə töhfə verir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bayram deyil, milli ideologiyanın, birliyin və bərabərliyin simvoludur. 31 dekabr Azərbaycan xalqının sarsılmaz iradəsini, ortaq məqsədlər naminə bir yumruq kimi birləşmək əzmini və güclü dövlət ətrafında həmrəyliyini bütün dünyaya nümayiş etdirən tarixi gündür.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

