Milli birliyin, vətən sevgisinin və dövlətçilik məfkurəsinin təntənəsi
30.12.2025 [20:21]
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyini, mənəvi bütövlüyünü və dünya azərbaycanlılarının ölkəmizə bağlılığını ifadə edən xüsusi tarixi gündür. Bu bayramın formalaşması və ümumdünya müstəvisində qəbul olunması ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, milli həmrəyliyə verdiyi böyük dəyərin nəticəsidir. Ulu Öndər həmin dövrdə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın bir amal ətrafında birləşməsini dövlətçilik üçün strateji prioritet kimi müəyyənləşdirmiş, bu ideyanı davamlı milli siyasətə çevirmişdir. Onun təşəbbüsü ilə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi rəsmiləşdirilməsi xalqımızın milli özünüdərkinin güclənməsi və diasporumuzun təşəkkülü baxımından mühüm tarixi addım olmuşdur.
2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə Heydər Əliyevin yaratdığı həmrəylik fəlsəfəsinin praktiki mərhələyə keçməsi demək idi. Dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə nümayəndənin iştirakı ilə keçirilən bu qurultay diaspor tarixində dönüş nöqtəsinə çevrildi. Qurultay Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, soydaşlarımızın daha sıx əlaqələndirilməsi və milli maraqların müdafiəsində vahid mövqenin formalaşması üçün institusional əsas yaratdı.
Ulu Öndər tərəfindən formalaşdırılan milli həmrəylik ideyası müasir dövrdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Dövlət başçısı diaspor siyasətini müasir çağırışlara uyğun yeniləyərək dünya azərbaycanlılarının təşkilatlanması, koordinasiyalı fəaliyyəti və ölkəmizə bağlılığının gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atmışdır. Xaricdə Azərbaycan evlərinin açılması, diaspor təşkilatlarının strukturlaşdırılması, Koordinasiya Şuralarının yaradılması, həmçinin müxtəlif qitələrdə yaşayan soydaşlarımızın vahid platforma ətrafında birləşdirilməsi Prezident İlham Əliyevin milli həmrəylik xəttinə verdiyi strateji önəmin bariz nümunələrindəndir. Onun rəhbərliyi ilə diasporun siyasi, mədəni və informasiya gücü genişlənmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha səmərəli mexanizmlər formalaşmışdır.
Milli həmrəyliyin gücü xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş olundu. Həmin günlərdə siyasi əqidədən, sosial statusdan, ictimai mövqedən asılı olmayaraq bütün xalq vahid amal – Vətənin müdafiəsi – ətrafında sıx birləşdi. Dünyanın hər yerində yaşayan soydaşlarımız dövlətimizin mövqeyini müdafiə edərək informasiya cəbhəsində fəal iştirak etdilər, müxtəlif ölkələrdə aksiyalar keçirdilər, Azərbaycan Ordusuna və dövlətinə güclü mənəvi dəstək göstərdilər. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə aparılan haqq mübarizəmiz dünya azərbaycanlılarını bir yumruğa çevirdi və milli həmrəylik ideyasının əzəli-bəzəli dəyər olaraq yaşadığını təsdiqlədi.
Bu gün həmrəylik siyasəti müasir Azərbaycanın dövlətçilik ideologiyasının əsas sütunlarından biri kimi davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünya azərbaycanlılarının əlaqələri daha möhkəm, fəaliyyətləri isə daha məqsədyönlü və koordinasiyalı xarakter daşıyır. 31 dekabr yalnız bir tarix deyil, həm də bütün azərbaycanlıların birliyini, milli ruhunu və ölkəmizin beynəlxalq nüfuzunu təcəssüm etdirən mənəvi dəyərə çevrilmişdir. Bu gün hər bir soydaşımız üçün həm qürur, həm mənəvi bağ, həm də gələcəyə inam yaradan ümummilli birlik günü kimi yaşamaqda davam edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24

