Məqsəd əbədi sülhə nail olmaqdır
23.01.2026 [13:09]
Yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır ki, region xalqları sülh şəraitində yaşayır. Müstəqillik tarixində heç zaman bu hal olmamışdır. Halhazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ölkəmiz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlanılıb. Münasibətlərin bu istiqamətdə inkişafı hər iki tərəfin xeyrinədir. Məqsəd Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaqdır. Azərbaycan hər zaman Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olub. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz budur. Ölkə başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də elə Qafqazda sülhün qurulmasında səylərinə verilən qiymətdir.
“Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev beynəlxalq sistemin yenidən formalaşmasına da münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Azərbaycan hər zaman beynəlxalq hüquqa və ümumi dəyərlərə hörmətlə yanaşıb. Bu çərçivədə öz milli maraqlarını təmin edib. Ölkəmizin həm siyasi inkişafı, həm də suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun olmuşdur. Bir sözlə, Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyini həyata keçirmişdir. Lakin bu gün beynəlxalq münasibətlər sistemi yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.
“Euronews” televiziyasının Prezident İlham Əliyevin beynəlxalq sistemin yenidən formalaşmasına dair fikirlərini öyrənməsi bir daha təsdiqləyir ki, Azərbaycan müasir dünyanın siyasi xəritəsində mühüm əhəmiyyətə malik dövlətlərindən biridir. Həmçinin Prezident İlham Əliyev dünya miqyaslı siyasi lider olduğu üçün onun yeni formalaşan beynəlxalq münasibətlər sisteminə dair fikirləri beynəlxalq ictimaiyyətə çox maraqlıdır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

