YAP Nizami rayon təşkilatının keçirdiyi “Qış məktəbi” işini uğurla yekunlaşdırıb
30.01.2026 [16:58]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi”nin iştirakçıları yanvarın 29-da Azərsun Holdinqin Bakı Qida və Yağ Fabriki ilə tanış olublar.
Tanışlıq zamanı qeyd olunub ki, Bakı Yağ Fabriki 1997-ci il tarixində “Caspian Vegetable Ghee Factory” adı altında Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. 2011-ci ildə isə Bakı Yağ Fabrikinin Azərsun Sənaye Parkına köçürülməsi və fabrikin yenidən qurulması layihəsinə start verilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı Qida və Yağ Fabriki”nin Azərsun Sənaye Parkında açılışı olub. İllik istehsal gücü 270.000 ton olan "Bakı Qida və Yağ Fabriki"nin məhsulları Gürcüstan, Özbəkistan, Türkmənistan, İraq, Qırğızıstan, Qazaxıstan və digər ölkələrə ixrac olunmaqdadır.
Gənclər həmçinin SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu ilə də tanış olublar.
Məlumat verilib ki, 1953-cü ildə yaradılmış Neft Emalı Zavodu modernizasiya proseslərindən sonra illik emal gücü indiki 7.5 milyon tona qədər çatdırılıb. Eləcə də istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri "Avro-5" standartına cavab verir. Həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Aİ-92/95/98 benzin markalarının istehsalı təmin edilib.
İştirakçılar hər iki sənaye müəssisəsinin istehsal sahələri, idarəetmə otaqları ilə tanış olublar.
Yanvarın 30-da isə “Qış məktəbi”nin iştirakçıları Qusar rayonuna səfər ediblər.
Səfər çərçivəsində Qusar rayonu Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Gənclər muzeylə tanış olub, Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər.
Sonra YAP Qusar rayon təşkilatının fəalları ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunub. Görüşdə YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurəhmanova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gəncləri salamlayıb, onlara uğurlar arzulayıblar.
Görüşdən sonra “Qış məktəbi”nin iştirakçıları Şahdağ Turizm Mərkəzində olublar.
Bununla da beş gün davam edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi” işini uğurla yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

