Qarşılıqlı etimad və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modeli
19.02.2026 [12:33]
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdəndir. Ölkəmizin dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğu dövlətlər içərisində Serbiyanın xüsusi yeri vardır və Azərbaycan-Serbiya əlaqələri qarşılıqlı etimada və dövlət maraqlarının qorunmasınaa əsaslanır.
Bu baxımdan 2026-cı il fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir. Səfər çərçivəsində hər iki ölkə liderinin görüşü, səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycan-Serbiya əlaqələrinin mahiyyəti, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi.
Görüş zamanı Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir davam edir. Hər iki dövlət başçısının bir-birini yaxından tanıması, səmimi münasibətlər və açıq dialoq mühiti əlaqələrin dayanıqlı inkişafında mühüm rol oynayır. Bu münasibətlər təkcə diplomatik çərçivədə deyil, həm də şəxsi etimada əsaslanan liderlərarası dostluq münasibətləri səviyyəsində formalaşıb.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Serbiya xalqının tarix boyu öz dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi səylər Azərbaycanın dövlətçilik fəlsəfəsi ilə səsləşir. Çünki hər iki ölkə daim mürəkkəb geosiyasi mühitdə milli maraqlarını qorumaq və müstəqil siyasət yürütmək xəttini seçib. Görüş zamanı Serbiya Prezidenti Aleksandar Vuçicin liderlik keyfiyyətlərinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi, dövlət maraqlarını hər şeydən üstün tutmaq və xalqına bağlılıq xüsusiyyətlərini önə çəkməsi həmin ölkənin uğurunun əsas şərti kimi dəyərləndirilir. Görüşdə Serbiyanın son illərdə qazandığı nailiyyətlər məqsədyönlü və praqmatik siyasətin nəticəsi kimi təqdim edildi. Serbiyanın təbii sərvətlərlə zəngin olmamasına baxmayaraq iqtisadi inkişaf yolunda uğurlu nəticələr əldə etməsi də xüsusi vurğulandı. Bu məqam müasir dövrdə iqtisadiyyatın yalnız resurslara deyil, effektiv idarəetməyə, islahatlara və düzgün strateji planlamaya əsaslandığını göstərir.
Prezident İlham Əliyev eyni zamanda Serbiyada iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatların ölkənin beynəlxalq nüfuzunu artırdığını, Avropa məkanında yerləşən və mürəkkəb siyasi-iqtisadi proseslərin fonunda fəaliyyət göstərən bir dövlət üçün müstəqil və dayanıqlı inkişaf modelinin xüsusi əhəmiyyət daşıdığını vurğulaması məhz Serbiyanın uğurunun əsas göstəricilərindən biri kimi qiymətləndirilir.
Azərbaycan və Serbiya arasında münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, müdafiə sənayesi, humanitar və mədəni sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu kontekstdə Balkan regionu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Serbiya Cənub-Şərqi Avropada mühüm geostrateji mövqeyə malikdir. Hər iki ölkə arasında olan mühüm amillər iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Qarşılıqlı investisiyalar və birgə layihələr gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” deməsi iki dost ölkə arasında münasibətlərin artıq möhkəm təməllər üzərində qurulduğunu və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Xüsusilə Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası əməkdaşlığın institusional və sistemli xarakter aldığını nümayiş etdirir. Strateji Şuranın ilk iclasında siyasi, iqtisadi, energetika və nəqliyyat sahələrində geniş spektrli məsələlərin müzakirə olunması tərəflərin gələcəyə uzunmüddətli baxışının göstəricisidir. Bu platforma iki ölkə arasında qərarların koordinasiyalı şəkildə qəbul olunmasına, ortaq layihələrin planlı və davamlı icrasına imkan yaradır. Strateji Şura çərçivəsində aparılan müzakirələr göstərdi ki, əməkdaşlıq təsadüfi təşəbbüslər deyil, konkret yol xəritəsinə əsaslanır və bu da münasibətləri daha etibarlı və dayanıqlı edir.
Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi oldu. Bəli yeni tarixə nəzər salsaq Azərbaycan və Serbiyanın indiyədək beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıq-aydın görərik və bu dəstək hər iki ölkə arasında prinsipial mövqenin gələcəkdə də davam etdiriləcəyinə əminlik yradır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərinin xüsusi əhəmiyyət kəsb etməsi baxımından iki ölkənin qarşılıqlı dəstək siyasəti onların strateji tərəfdaşlıq münasibətlərinin əsas sütunlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” fikri iki dost ölkə arasında olan gələcək planların mühüm istiqamətlərindən olan birgə sərmayə layihələrinin həyata keçirilməsinə yol açır. Qarşılıqlı investisiyalar həm iqtisadi əlaqələri gücləndirir, həm də tərəfdaşlığı praktik müstəviyə keçirir. Azərbaycan regionda böyük iqtisadi potensiala malik ölkə kimi enerji, nəqliyyat və infrastruktur layihələrində geniş təcrübəyə sahibdir. Serbiya isə Balkan regionunda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Bu iki amilin birləşməsi yeni iqtisadi mühit yarada bilər. Birgə investisiya layihələri sənaye, kənd təsərrüfatı, logistika və texnologiya sahələrini də əhatə edə bilər. Bu isə ticarət dövriyyəsinin artmasına və iqtisadi münasibətlərin şaxələndirilməsinə gətirib çıxaracaq.
Bu gün energetika Azərbaycan-Serbiya əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir və alternativ marşrutlar vasitəsilə enerji təchizatını şaxələndirir. Serbiya üçün isə enerji təhlükəsizliyinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq təkcə təchizatla məhdudlaşmır, həm də enerji infrastrukturu, bərpaolunan enerji layihələri və texniki əməkdaşlıq istiqamətlərini əhatə edə bilər. Yeni yaranmış imkanlardan yararlanmaq və uzunmüddətli enerji tərəfdaşlığı qurmaq hər iki ölkənin iqtisadi sabitliyinə töhfə verə bilər.
Prezident İlham Əliyevin Serbiyaya səfəri və səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Dövlət suverenliyinə hörmət, milli maraqlara sadiqlik, liderlər arasında qarşılıqlı etimad və iqtisadi inkişafın praqmatik modeli Azərbaycan-Serbiya tərəfdaşlığının əsas sütunlarını təşkil edir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

