Vətəndaşlıq məsuliyyəti ilə örnək olan böyük alim
13.04.2026 [10:57]
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin və dünya oftalmologiya elminin inkişafındakı rolu misilsiz və çoxşaxəlidir. Peşəkar fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi başlayan Zərifə xanım, həm təcrübəli bir praktik həkim, həm də fədakar bir tədqiqatçı kimi tanınmışdır. Həmin dövrdə ölkəmizdə geniş yayılmış və sosial bəlaya çevrilmiş traxoma xəstəliyinin kökünün kəsilməsi məhz onun elmi və əməli fəaliyyəti sayəsində mümkün olmuşdur. Alimin 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu sahədə inqilabi addım olmuşdur. Onun təklif etdiyi müasir müalicə metodu qısa zamanda bütün respublikada uğurla tətbiq edilmiş və Azərbaycanın bu ağır dərddən birdəfəlik qurtulmasına şərait yaratmışdır.
Zərifə xanım Əliyevanın elmi maraq dairəsi olduqca geniş idi. O, traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin dərindən öyrənilməsi və görmə orqanında bədxassəli şişlərin diaqnostikası sahəsində də fundamental tədqiqatlar aparmışdır. Onun çoxillik klinik müşahidələri və apardığı eksperimentlər doktorluq dissertasiyasının, eləcə də oftalmologiyanın ən çətin sahələrinə dair dəyərli monoqrafiyaların yaranmasına yol açmışdır. Xüsusilə sənaye müəssisələrində, o cümədən şin istehsalatında çalışan işçilərin gözlərində yaranan peşə patologiyaları, xroniki yod intoksikasiyası və bu problemlərin profilaktikası ilə bağlı yazdığı əsərlər dünya səviyyəli elmi nailiyyətlər hesab olunur. “Göz sulanmasının fiziologiyası” və onun cərrahi müalicə üsullarından bəhs edən monoqrafiyaları isə təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü vəsaitinə çevrilmişdir.
Akademik Zərifə xanım Əliyeva həmçinin fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və ümumilikdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, çoxsaylı dərslik və səmərələşdirici təklifin müəllifidir. Lakin onun fəaliyyəti yalnız elmi yaradıcılıqla məhdudlaşmırdı; o, həm də yüksək ixtisaslı kadrların yetişdirilməsinə və həkimlərin peşəkarlıq səviyyəsinin artırılmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında bütöv bir oftalmoloqlar nəsli formalaşmış, o, tələbələrinə həm zəngin biliklərini, həm də yüksək mənəviyyatını aşılamışdır. Humanist yanaşması, insanlara qarşı həssaslığı, həkim fədakarlığı və səmimiliyi ona həm xəstələrinin, həm də həmkarlarının sonsuz məhəbbətini qazandırmışdır. Vətəndaşlıq məsuliyyəti ilə örnək olan Zərifə xanımın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

