“Zərifə Əliyeva – oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib
29.04.2026 [11:09]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə “Zərifə Əliyeva –oftalmologiya elminin görkəmli siması” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru Ənvər İmaməloyev, səhiyyə işçiləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyeva həm görkəmli alim-oftalmoloq, həm də yüksək mənəviyyata malik ziyalı qadın, fədakar ana və böyük şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun həyatı elmə, insanlara xidmətə və Vətənə bağlılığın parlaq nümunəsidir. Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında xüsusi mərhələ yaratmış alimlərdəndir. O, yalnız praktik həkim kimi deyil, həm də fundamental elmi tədqiqatçı kimi böyük nüfuz qazanmışdır. Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar kimi.
Zərifə xanım Əliyevanın həyat yolu gələcək nəsillər üçün örnək olaraq qalır və onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru, Ərazi Partiya Təşkilatının sədri Ənvər İmaməliyev çıxış edərək bildirdi ki, Zərifə Əliyeva 150-dən çox elmi əsərin, bir sıra monoqrafiyaların müəllifi olmuş, oftalmologiyanın müxtəlif sahələrinə dair fundamental əsərlər yazmışdır. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilmişdir.Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
“Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin müdiri Solmaz Şixliniskaya çıxış edərək bildirdi ki, Zərifə xanım xüsusilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasında mühüm rol oynamışdır.Onun bu sahədə apardığı tədqiqatlar nəticəsində xəstəliyin profilaktikası və müalicəsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.Alimin sənaye müəssisələrində çalışan işçilərdə yaranan göz patologiyaları ilə bağlı araşdırmaları da böyük elmi əhəmiyyət kəsb etmişdir. Bu tədqiqatlar əmək gigiyenası və peşə xəstəlikləri sahəsində mühüm yeniliklərə yol açmışdır.Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənmiş bir qrup fəal üzvə fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

