/ / Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir
Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir
01.05.2026 [12:36]
Azərbaycan idmanı son illərdə qazandığı möhtəşəm uğurlarla beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib. Bu uğurlar sırasında güləş xüsusi yer tutur. Tarixi ənənələrə söykənən, milli ruhu və gücü özündə əks etdirən Azərbaycan güləşi bu gün Avropa arenasında zirvədə qərarlaşıb və ölkəmizin idman şöhrətini daha da yüksəklərə qaldırır. Azərbaycan güləş məktəbi uzun illər ərzində formalaşaraq zəngin təcrübə və peşəkar yanaşma ilə inkişaf edib. Bu inkişafın əsasında həm sovet dövründən qalan güclü idman infrastrukturu, həm də müstəqillik illərində həyata keçirilən məqsədyönlü dövlət siyasəti dayanır. Xüsusilə son dövrlərdə idmana göstərilən diqqət və qayğı nəticəsində güləşçilərimiz dünya və Avropa çempionatlarında ardıcıl qələbələr qazanaraq ölkəmizi layiqincə təmsil edirlər.
Prezident cənab İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutan Azərbaycan güləşçilərini qəbul etməsi təkcə idman hadisəsi deyil, həm də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan idman diplomatiyasının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu görüş Azərbaycan idmanının əldə etdiyi uğurların siyasi, sosial və ideoloji müstəvidə yaratdığı təsirin sistemli şəkildə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlar göstərir ki, müasir dövrdə idman artıq yalnız rəqabət meydanı deyil, eyni zamanda ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm alətə çevrilib. Azərbaycan güləşçilərinin Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birincilik qazanması ölkənin idman potensialının yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, milli idman məktəbinin dayanıqlı inkişaf modelini də nümayiş etdirir.
Cənab Prezident tərəfindən qeyd olunduğu kimi, bu uğurun əsasında sistemli dövlət siyasəti, peşəkar məşqçi heyəti, düzgün qurulmuş seleksiya mexanizmi və güclü maddi-texniki baza dayanır. Son illərdə regionlarda inşa edilən Olimpiya İdman kompleksləri və müasir idman infrastrukturu ölkədə idmanın kütləviliyinin artmasına, gənc nəslin sağlam ruhda yetişməsinə və peşəkar idmançıların formalaşmasına mühüm töhfə verib. Bu isə nəticə etibarilə beynəlxalq arenada əldə olunan uğurların davamlılığını təmin edir. Diqqət çəkən digər mühüm məqam milli komandada hökm sürən birlik və sağlam mənəvi-psixoloji mühitdir. Prezidentin bu amili xüsusi vurğulaması təsadüfi deyil. Müasir idmanda fərdi ustalıqla yanaşı, komanda ruhu və daxili həmrəylik həlledici rol oynayır. Azərbaycan güləşçilərinin bir ailə kimi çıxış etməsi, qarşılıqlı dəstək və məsuliyyət hissi onların uğurlarını şərtləndirən əsas faktorlar sırasındadır. Eyni zamanda, dövlət başçısının çıxışında beynəlxalq yarışlarda bəzən müşahidə olunan ədalətsiz yanaşmalarla bağlı səsləndirilən fikirlər idman mühitində mövcud problemlərə real və praqmatik yanaşmanı əks etdirir. Bu kontekstdə idmançıların ləyaqətli davranış sərgiləməsinin vacibliyi vurğulanmaqla yanaşı, Azərbaycanın hər zaman ədalətli mübarizənin tərəfdarı olduğu bir daha diqqətə çatdırılır. Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də ölkənin bu sahədə qazandığı institusional təcrübənin göstəricisidir.
Bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Xüsusilə Azərbaycan Güləş Federasiyası kimi qurumlar idmanın inkişafında mühüm rol oynayır. Bu federasiyalar gənc idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və idman ənənələrinin qorunması istiqamətində mühüm işlər görür.
Cənab Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət idmançılar üçün böyük motivasiya mənbəyidir. Bu görüşlər idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir və onların daha böyük nailiyyətlər əldə etməsinə stimul verir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

