Azərbaycan idmaçıları zirvələrdə
01.05.2026 [20:33]
Bildiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi üc qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub.Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb.
Analitik baxımdan diqqət çəkən əsas məqamlardan biri də insan kapitalının idarə olunmasıdır. Azərbaycanda idman siyasəti yalnız infrastrukturla məhdudlaşmır – burada əsas prioritetlərdən biri də təcrübənin nəsildən-nəslə ötürülməsidir. Vaxtilə beynəlxalq arenalarda uğur qazanmış idmançıların bu gün federasiyalarda və məşqçi heyətində təmsil olunması peşəkar biliklərin sistemli şəkildə ötürülməsini təmin edir. Bu model bir çox ölkələr üçün nümunəvi hesab oluna bilər. Azərbaycanın idman siyasəti yalnız nəticəyönümlü deyil, eyni zamanda sosial və ideoloji məqsədlərə də xidmət edir. İdman nailiyyətləri milli həmrəyliyin möhkəmlənməsində, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Cənab Prezidentin vurğuladığı kimi, beynəlxalq arenalarda qazanılan qələbələr xalqın qürur hissini gücləndirir və dövlətin ümumi inkişafını əks etdirir. Bu baxımdan idman Azərbaycanın “yumşaq güc” alətlərindən biri kimi də çıxış edir.
Dünyada idman sahəsində rəqabətin artdığı bir dövrdə Azərbaycan idmançılarının yüzlərlə medal qazanması ölkəmizin daxilində idman və gənclər siyasətinin nə qədər dolğun aparıldığını isbat edir. Bu diqqət və qayğı idmançılar üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəsildə idmana marağı artırır və qalibiyyət ruhunu möhkəmləndirir. Nəticədə, Azərbaycan idmanı təkcə nəticələr baxımından deyil, həm də davamlılıq, peşəkarlıq və beynəlxalq rəqabət qabiliyyəti baxımından yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və idmanın inkişafına göstərilən bu diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman ölkəsidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır. “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”, - deyə Prezident çıxışında bildirib. Azərbaycan Prezidenti onu da bildirib ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır: “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.
Azərbaycanın böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin qlobal idman məkanında mövqeyini gücləndirib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar ölkənin təşkilatçılıq imkanlarını və idman diplomatiyasını inkişaf etdirib. Bu proses yalnız imic formalaşdırmaqla kifayətlənmir, eyni zamanda yerli idmançıların beynəlxalq təcrübə qazanmasına, idman turizminin inkişafına və iqtisadi aktivliyin artmasına da töhfə verir. Eyni zamanda, rəqəmsal texnologiyaların və elmi yanaşmaların idman sahəsinə inteqrasiyası da Azərbaycanın idman strategiyasında getdikcə daha çox ön plana çıxır. Məşq prosesində analitik məlumatların istifadəsi, idmançıların fiziki və psixoloji hazırlığının elmi əsaslarla tənzimlənməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi rəqabət qabiliyyətini artıran mühüm amillərdəndir. Bu yanaşma Azərbaycanın yalnız ənənələrə söykənən deyil, eyni zamanda müasir çağırışlara cavab verən çevik və innovativ idman modeli qurduğunu göstərir.
Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu aydın şəkildə görürük. Dövlətimiz idmanın bütün növlərinin inkişafına xüsusi diqqət göstərir. Tiranada əldə olunan komanda birinciliyi Azərbaycanın idman siyasətinin dayanıqlı və uzunmüddətli strategiyaya əsaslandığını bir daha təsdiqləyir.
Elşad Cəfərov YAP Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

