Azərbaycan və İtaliya münasibətləri yeni mərhələdə
05.05.2026 [16:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloni ilə 4 may 2026-cı il tarixdə Bakıda görüşü Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş mühüm addımdır. Görüş zamanı Prezident İlham Əliyev bəyanatla çıxışda qeyd edib ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş kimi sıx əməkdaşlıq edirlər. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr iki ölkə arasında münasibətlərin əsasını təşkil edir və bu sənədlərdə əks olunan müddəalar bu gün real əməkdaşlıq müstəvisində uğurla həyata keçirilir. Dövlətimizin başçısı İtaliya Baş nazirinin Ermənistandakı səfərindən sonra Azərbaycana gəlməsini xüsusi rəmzi məna daşıyan addım kimi qiymətləndirib və bunu ölkəmizə göstərilən hörmətin bariz nümunəsi adlandırıb. Bildirilib ki, Azərbaycan–İtaliya siyasi əlaqələri yüksək səviyyədə inkişaf edir və qarşılıqlı etimada əsaslanır. Həmçinin, iqtisadi sahədə əməkdaşlıq da dinamik xarakter daşıyır. İtaliya hazırda Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 12 milyard ABŞ dolları təşkil etdiyi diqqətə çatdırılıb.
Ölkə başçısı göstərib ki, energetika sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir İtaliyanın etibarlı enerji təchizatçısıdır. Ölkəmiz İtaliyanın neft və qaz təchizatında aparıcı yerlərdən birini tutur. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilib. Eyni zamanda qaz təchizatının artırılması imkanları da müzakirə edilir. Bu məqsədlə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin, xüsusilə də Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi zəruri hesab olunur. Artıq bu istiqamətdə müəyyən addımlar atılsa da, prosesin davam etdirilməsi vacibdir.
Görüş zamanı əməkdaşlığın yeni istiqamətləri də xüsusi müzakirə olunub. Hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri yüksək qiymətləndirilib. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, hazırda 130-a yaxın İtaliya şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətləri tərəfindən 23 layihənin həyata keçirildiyi və bu sahədə İtaliyanın aparıcı mövqedə olduğu vurğulanıb.
Görüş zamanı təhsil sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir. Vurğulanıb ki, ötən il Bakıda İtaliya–Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Artıq bu ali təhsil müəssisəsində 500-dən çox tələbə təhsil alır. Sözsüz bu universitet iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcəkdir.
Sonda Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Azərbaycan ilə İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəkdir.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

