Dayanıqlı şəhərsalma siyasətində insan faktoru ön plandadır
21.05.2026 [10:23]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal şəhərsalma gündəliyinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin forumun açılış mərasimində qeyd etdiyi fikirlər təkcə şəhərsalma məsələlərini deyil, həm də tarixi irsin qorunması, ekoloji təhlükəsizlik, müasir urbanizasiya, postmünaqişə dövründə yenidənqurma və insan rifahına əsaslanan inkişaf modelini əhatə edir. Şəhərsalma artıq milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.
Forumun əhatə dairəsi və iştirakçı sayı tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricilərdən biridir. Bu tədbir COP29-dan sonra Bakıda keçirilən ikinci ən böyük beynəlxalq platforma kimi diqqət çəkir. Belə mötəbər tədbirin Bakıda təşkili şəhərin beynəlxalq dialoq mərkəzi kimi rolunun getdikcə gücləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcud olduğunu vurğulayıb. Şərqlə Qərbin qovuşduğu coğrafiyada yerləşən Azərbaycan tarixən müxtəlif sivilizasiyaların təmas nöqtəsi olub və bu xüsusiyyət memarlıq üslubunda da öz əksini tapıb. İçərişəhərin qədim küçələri, Şirvanşahlar sarayı kompleksi, Qız qalası kimi tarixi abidələrlə yanaşı, müasir memarlıq nümunələri Bakının unikal simasını formalaşdırır. Vaxtilə üç kilometrlik ərazini əhatə edən Bakı Bulvarının bu gün 15 kilometrdən çox olan müasir sahil məkanına çevrilməsi şəhərin planlı inkişafının göstəricisidir.
Dövlət başçısı şəhərsalma siyasətində əsas prioritetin insan amili olduğunu diqqətə çatdırıb. İnsanların rahat yaşayışı, təhlükəsizliyi, sosial rifahı və ekoloji mühitin qorunması müasir şəhərsalmanın əsas istiqamətlərindən biri kimi təqdim olunur. Bu yanaşma Bakı ilə yanaşı, digər şəhərlərdə də geniş şəkildə tətbiq edilir. Şəhərsalma ölkənin yalnız paytaxtında deyil, bütün bölgələrində gündəlik fəaliyyət istiqamətinə çevrilib.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması isə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi postmünaqişə dövründə aparılan quruculuq siyasətinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi məsələsinə də toxunulub. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi memarlıq ənənələri, Qəbələ və Şəkinin zəngin abidələri, Kiş kəndində yerləşən qədim kilsə və Lahıcın əsrlər boyu qorunan infrastrukturu xalqımızın yüksək memarlıq mədəniyyətinin göstəricisi kimi təqdirəlayiqdir. Bu nümunələr sübut edir ki, Azərbaycan ərazisində şəhərsalma və memarlıq ənənələri əsrlərlə formalaşıb və bu irs bu gün də qorunaraq inkişaf etdirilir.
Xalqımız təkcə musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq irsi ilə qürur duyur. Tarixi abidələrin bərpası və qorunması gələcək nəsillər qarşısında mühüm vəzifə kimi müəyyənləşdirilir. Bu yanaşma həm milli-mədəni irsin yaşadılmasına, həm də turizm potensialının artırılmasına xidmət edir.
30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı şəhərlər tamamilə dağıdılıb, yaşayış məntəqələri viran qoyulub. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması dağıntıların miqyasını açıq şəkildə nümayiş etdirir. Bununla belə, qısa müddətdə həyata keçirilən bərpa və quruculuq işləri regionun tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Dövlət bu bölgələrin dayanıqlı inkişafını təmin etmək üçün genişmiqyaslı strategiya həyata keçirir. Bu gün artıq on minlərlə insanın doğma torpaqlarında yaşaması Böyük Qayıdış siyasətinin real nəticələrini ortaya qoyur. Prezident İlham Əliyev qeyd edib: “Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”.
Qara şəhər, Bibiheybət və Böyükşor kimi ərazilərin yenidən qurulması və müasir ekoloji məkanlara çevrilməsi bu istiqamətdə görülən işlərin nəticəsidir. Bir vaxtlar çirklənmiş sənaye zonası olan “Qara şəhər”in bu gün müasir “Ağ şəhər”ə çevrilməsi şəhərsalmanın uğurlu nümunələrindən biri hesab edilir.
Son 20 ildə Bakıda 100 park və ictimai yer, bağların salınması, ictimai nəqliyyatın yenilənməsi, elektrik avtobuslarının istifadəsi, mikromobillik layihələrinin tətbiqi və metro infrastrukturunun genişləndirilməsi müasir urbanizasiya siyasətinin mühüm tərkib hissəsidir. Bu yanaşma şəhərlərin daha rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı inkişafına xidmət edir.
Azərbaycan müasir şəhərsalma sahəsində beynəlxalq təcrübəyə açıq olan, tarixi irsi qoruyan və insan rifahını əsas prioritet hesab edən inkişaf modeli formalaşdırıb. Forum çərçivəsində aparılan müzakirələr, beynəlxalq ekspertlərin iştirakı və təqdim olunan layihələr gələcəkdə daha dayanıqlı, təhlükəsiz və müasir şəhərlərin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10

