/ / Tərtərdə “28 May–tarixin yaddaşında müstəqillik və milli iradə günüdür” mövzusunda “dəyirmi masa” keçirilib
Tərtərdə “28 May–tarixin yaddaşında müstəqillik və milli iradə günüdür” mövzusunda “dəyirmi masa” keçirilib
26.05.2026 [16:26]
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında “28 May–tarixin yaddaşında müstəqillik və milli iradə günüdür” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bakı Dövlət Universitetinin dosenti, filologiya elimləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi partiya təşkilatı sədrləri, ziyalılar, ağsaqqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştrakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül çiçək dəstələri düzmüş sonra tədbir YAP Tərtər rayon təşkilatının inzibati binasında davam etmişdir.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublikanın yaradılması xalqımızın milli iradəsinin, azadlıq və müstəqillik arzularının təntənəsi idi. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.
28 Mayın Azərbaycan xalqının şərəf və qürur tarixi olduğunu bildirən rayon rəhbəri, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir azərbaycanlının müqəddəs borcudur.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, xalqımızın çox əsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 may günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür. Bu gün qeyd etdiyimiz Müstəqillik Günündə sevinir və fəxr edirik ki, ulu öndərimizin bizə əmanət qoyub getdiyi Azərbaycan Respublikası müstəqillik yolunda uğurla, qətiyyətlə irəliləyir və inkişaf edir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev və şəhər 2 nömrəli məktəb liseyin tarix müəllimi Səbinə Zeynallı da çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: “28 May-tarixin yaddaşında müstəqillik və milli iradə günüdür!”
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

