Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
26.05.2026 [16:49]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
28 May Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, hər bir azərbaycanlının qürur və iftixar mənbəyi olan müqəddəs bir gündür. 1918-ci ildə Şərq aləmində ilk dəfə demokratik, hüquqi və dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu tarixi hadisə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini dirçəltdi və milli kimlik şüurunu özünə qaytardı. Cümhuriyyətin elan etdiyi İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi, azadlıq idealının sönməz bir məşələ çevrilməsini təmin etdi. Bu bəyannamə ilə bəşəriyyətə bəyan olundu ki, Azərbaycan xalqı öz taleyinin sahibidir və müstəqil yaşamaq hüququna malikdir.
Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə, daxili və xarici təhdidlərin tüğyan etdiyi bir dövrdə cəmi 23 ay fəaliyyət göstərdi. Lakin bu qısa müddət ərzində əldə olunmuş mühüm nailiyyətlər Azərbaycanın gələcək taleyində silinməz izlər qoydu. Cümhuriyyət dövründə demokratik ənənələrin təməlinin qoyulması, irqindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, xüsusən də qadınlara seçki hüququnun tanınması o dövrün bir çox qabaqcıl Avropa ölkələrini belə qabaqlayan bir addım idi. Eyni zamanda, beynəlxalq arenada tanınmaq istiqamətində mühüm addımlar atıldı, qonşu və böyük dövlətlərlə diplomatik əlaqələrin yaradılması təmin edildi. Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması bu diplomatik səylərin ən böyük zirvəsi oldu.
Tarixin gərdişi elə gətirdi ki, 23 aylıq şərəfli yoldan sonra Cümhuriyyət süqut etsə də, onun buraxdığı irs heç vaxt unudulmadı. XX əsrin sonlarında, SSRİ-nin dağılması ilə yaranan tarixi şəraitdə Azərbaycan yenidən öz azadlığına qovuşdu. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə ölkəmiz öz müstəqilliyini yenidən bəyan etdi. Bu sənədlə müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu rəsmən təsdiqləndi.
Lakin müstəqilliyin ilk illəri olduqca ağır, xaos və anarxiya ilə dolu idi. Ölkə daxili çəkişmələr, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü nəticəsində parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması Azərbaycanı real məhv olmaqdan xilas etdi. Ümummilli Liderin dediyi kimi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Heydər Əliyevin böyük siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi, ölkədə daxili sabitlik yaradıldı və milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi üçün möhkəm zəmin hazırlandı. Ulu Öndər hər zaman böyük qürurla vurğulayırdı: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. O, həmçinin qeyd edirdi ki, əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövləti və hökumətinin təsisatlarını yaratdı.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsinə qədəm qoydu. Milli maraqların təmin olunması dövlət siyasətinin əsas prinsipinə çevrildi. İqtisadi islahatlar, "Əsrin müqaviləsi"nin imzalanması, nizami ordunun qurulması ölkəmizin təminatlı inkişaf yoluna çıxmasını şərtləndirdi. Ulu Öndər Cümhuriyyət irsinə hər zaman böyük ehtiramla yanaşırdı. Məhz onun sərəncamı ilə dövlət səviyyəsində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu və bu, xalqımızın öz keçmişinə, milli köklərinə bağlılığını daha da gücləndirdi. Bakının mərkəzində ucaldılan İstiqlal bəyannaməsi abidəsi də dövlətçilik ənənələrinə sadiqliyin rəmzi kimi ulu öndərin bu xəttinin bariz nümunəsidir.
Bu gün həmin uzaqgörən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan milli dövlətçilik ənənələrinin yeni, ən qüdrətli səhifəsini yazır. Dövlət başçısının sərəncamı ilə ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilk respublikamızın tarixinə və qurucularına göstərilən ali ehtiramın ifadəsi idi. 2021-ci ildə isə “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanunla tarixi ədalət tam bərpa olundu; 28 May tarixi Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Müasir Azərbaycan dövləti həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun şəksiz lideridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli dövlət bayrağımızın bu gün artıq işğaldan azad olunmuş ərazilərdə, Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanması Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Azərbaycan xalqı bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır və ulu öndərin dediyi kimi, Azərbaycanın müstəqilliyi daimidir, çağdaşdır, əbədidir!
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

