Qlobal enerji gündəliyində Azərbaycanın artan rolu
04.06.2026 [14:39]
Müasir beynəlxalq münasibətlər sistemində enerji amili təkcə iqtisadi inkişaf vasitəsi deyil, həm də dövlətlərin xarici siyasət imkanlarını müəyyənləşdirən mühüm faktorlardan biridir. Son otuz il ərzində Azərbaycan bu sahədə uğurlu model formalaşdıraraq enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın və diplomatik nüfuzun genişləndirilməsi aləti kimi istifadə etməyə nail olub. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər də bu siyasətin uğurlu nəticələrini əks etdirir.
Bu gün Bakı Enerji Həftəsi qlobal enerji gündəliyinin ən nüfuzlu platformalarından biri hesab olunur. Vaxtilə regional xarakter daşıyan sərgi kimi fəaliyyətə başlayan təşəbbüs illər ərzində dünyanın enerji sektorunda qərar qəbul edən əsas aktorlarını bir araya gətirən beynəlxalq tədbirə çevrilib. Tədbirə dünyanın aparıcı dövlət rəhbərlərinin xüsusi diqqət göstərməsi də bunun göstəricisidir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Bakı Enerji Həftəsinə ünvanladıqları məktublar Azərbaycanın beynəlxalq enerji siyasətində qazandığı nüfuzun bariz ifadəsi kimi qiymətləndirilə bilər.
Dövlət başçısının çıxışında səsləndirilən əsas mesajlardan biri enerji siyasətinə münasibətdə realizm və praqmatizmin vacibliyi ilə bağlı idi. Son illərdə dünyada enerji keçidi ilə bağlı aparılan müzakirələr fonunda neft və qaz hasil edən ölkələrə qarşı müəyyən stereotiplər formalaşdırılmağa çalışılırdı. Halbuki, qlobal iqtisadiyyatın mövcud reallıqları göstərir ki, dünya hələ uzun müddət ənənəvi enerji resurslarından istifadə etməyə davam edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi ilə yaşıl gündəlik arasında balansın qorunması gələcəyin əsas çağırışlarından biridir.
Azərbaycanın mövqeyi də məhz bu prinsipə əsaslanır. Ölkəmiz hesab edir ki, dövlətlər sahib olduqları təbii sərvətlərə görə deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolu bu yanaşmanın uğurlu olduğunu təsdiqləyir. Neft və qaz layihələrindən əldə edilən gəlirlər infrastrukturun yenilənməsinə, sosial proqramların maliyyələşdirilməsinə, təhsil və səhiyyə sisteminin inkişafına, eyni zamanda yaşıl enerji sektoruna investisiyaların artırılmasına yönəldilib.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün təkcə enerji istehsalçısı deyil, həm də beynəlxalq investor kimi çıxış edir. Vaxtilə xarici sərmayələrin cəlb edilməsinə ehtiyac duyan ölkə artıq öz kapitalını müxtəlif regionlara ixrac edir. Dövlət Neft Şirkəti – SOCAR-ın Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada həyata keçirdiyi layihələr Azərbaycanın iqtisadi təsir imkanlarının genişləndiyini göstərir. Bu proses həm də ölkənin beynəlxalq biznes mühitində etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Azərbaycanın enerji diplomatiyasının uğurunun əsas səbəblərindən biri milli maraqlarla beynəlxalq əməkdaşlıq arasında düzgün balansın qorunmasıdır. Ölkə xarici investorlar üçün əlverişli mühit yaratmaqla yanaşı, strateji resursların milli inkişafın xidmətinə yönəldilməsini də təmin edib. Bu model nəticəsində həm investorlar, həm də Azərbaycan dövləti qarşılıqlı fayda əldə edib və uzunmüddətli tərəfdaşlıq münasibətləri formalaşıb.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız hasilat və ixrac məsələləri ilə məhdudlaşmır. Bu siyasət beynəlxalq etimadın formalaşdırılması, yeni əməkdaşlıq platformalarının yaradılması və qlobal enerji gündəliyində fəal iştirak kimi strateji məqsədlərə xidmət edir. Məhz buna görə də Azərbaycan bu gün regional enerji mərkəzindən daha artıq məna daşıyan, beynəlxalq enerji diplomatiyasının təsirli iştirakçılarından biri kimi qəbul olunur.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39

