Bakı ilə Aşqabad arasında yeni səhifə: Keçmişdən gələcəyə uzanan uğurlu yol
29.06.2026 [12:45]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd olunmalıdır ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir.
Bu səfər, eyni zamanda, Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib.
Səfər çərçivəsində baş tutan ikitərəfli görüşlərdə Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.
Öz növbəsində, cənab prezident İlham Əliyev də bildirib ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir: "Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik".
Eyni zamanda, Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan, Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və mədəni sahələri əhatə edən 100-dən çox ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər dövlətlərarası münasibətlərin ardıcıl inkişafı üçün möhkəm institusional zəmin formalaşdırmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də müəyyənləşdirir.
Hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi Bakı ilə Aşqabad arasında əlaqələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivə hesablandığını göstərir. Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlər sistemində də bir-birinin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı digər nüfuzlu beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir.
Bu amil dövlətlərimizin xarici siyasət prioritetlərinin bir çox məsələlərdə üst-üstə düşdüyünü, regional və qlobal proseslərə münasibətdə ortaq yanaşmalar sərgilədiyini təsdiqləyir. Xüsusilə Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunması məsələlərində Bakı ilə Aşqabadın mövqeləri yaxınlığı ilə seçilir.
İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır. Azərbaycan və Türkmənistan parlamentləri arasında formalaşmış səmərəli əməkdaşlıq qanunverici orqanlar səviyyəsində siyasi dialoqun genişlənməsinə, humanitar əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələndirilmiş fəaliyyət Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığının mühüm tərkib hissəsinə çevrilib.
Beləliklə, qarşılıqlı yüksəksəviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir. Bu proses, eyni zamanda, Türk dünyasında inteqrasiyanın güclənməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

