Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında tədbir keçirilib
21.07.2026 [10:40]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının “Kəbirli kənd” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə növbəti tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov bildirdi ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf salnaməsində mühüm dönüş nöqtəsidir. Məhz həmin gündən etibarən respublikanın ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrində əsaslı inkişaf prosesləri başlanmış, gələcək müstəqil dövlətimizin möhkəm təməli formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrilmiş, xalqın milli özünüdərki güclənmiş, dövlətçilik ənənələri daha da möhkəmlənmişdir. Ümummilli Lider tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar tətbiq olunur, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri böyük sürətlə aparılır.
Tədbirdə çıxış edənlər: Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının “Kəbirli kənd” ərazi partiya təşkilatının sədri Bakir Ağayev, Beyləqan rayon İcra hakimiyyəti Başçısının Kəbirli Kənd İnzibati Dairəsi üzrə Nümayəndəsi Ceyhun Abuşov, partiya üzvləri Vaqif Əhmədov, İbrahim Kərimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və müstəqil dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, 14 İyul 1969-cu il Azərbaycanın inkişaf salnaməsində dönüş nöqtəsi olmaqla yanaşı, bugünkü güclü və qalib Azərbaycanın təməlinin qoyulduğu tarixi mərhələdir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə mühüm uğurlara imza atmış, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş, Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39

