Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib
13.08.2026 [18:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də
Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar
respublikanın gələcək inkişafı ilə bağlı strateji prioritetləri aydın şəkildə ortaya
qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafı ayrı-
ayrı layihələrin icrası ilə məhdudlaşmır, təhlükəsizlikdən iqtisadiyyata, enerjidən
kənd təsərrüfatına, nəqliyyatdan sosial xidmətlərə qədər bir-birini tamamlayan
genişmiqyaslı siyasət əsasında həyata keçirilir.
Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru sərhədinin olmaması onun
təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan
muxtar respublikanın müdafiə imkanlarının gücləndirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Son illərdə hərbi infrastrukturun yenilənməsi, müasir silah
və texnikanın alınması, yeni komando birliklərinin formalaşdırılması Naxçıvanın
müdafiə qabiliyyətinin daha da yüksəldilməsinə xidmət edir. Əlahiddə Ordunun
yaradılması da məhz Naxçıvanın xüsusi coğrafi və strateji mövqeyinin tələblərinə
uyğun atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Güclü
təhlükəsizlik mühiti isə iqtisadi və sosial inkişaf üçün etibarlı zəmin formalaşdırır.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar
respublikanın iqtisadi gələcəyi baxımından diqqətçəkən hadisələrdən biridir. Sənaye
parkının fəaliyyəti yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan
daha səmərəli istifadəyə, investisiyaların cəlbinə və məşğulluğun artırılmasına
imkan verə bilər. Ərazi baxımından böyük sənaye parklarından biri olacaq bu layihə
Naxçıvanın iqtisadi strukturunda sənayenin rolunun artırılmasına şərait yaradacaq.
Bununla yanaşı, sənaye istehsalının genişlənməsi logistika, enerji, xidmət və
peşəkar kadr hazırlığı kimi sahələrdə də əlavə tələbat yaradaraq iqtisadi fəallığın
çoxşaxəli şəkildə artmasına səbəb ola bilər.
Naxçıvanın iqtisadi inkişaf perspektivlərində enerji sektoru da xüsusi yer tutur.
Sənaye Parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının
inşasının planlaşdırılması muxtar respublikanın enerji imkanlarının əhəmiyyətli
dərəcədə genişləndirilməsi deməkdir. Hazırkı generasiya gücünün təxminən 200
meqavat olması fonunda yeni stansiyanın yaradılması Naxçıvanın həm daxili enerji
tələbatının qarşılanmasına, həm də gələcəkdə daha böyük enerji layihələrinin həyata
keçirilməsinə imkan verəcək.
Bununla yanaşı, Naxçıvanın günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyi bu
sahədə böyük perspektivlər açır. Aparılan araşdırmalar muxtar respublikanın günəş
elektrik enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğunu
göstərir. Artıq 600 hektardan artıq sahənin müəyyənləşdirilməsi və burada yüzlərlə
meqavat gücündə günəş elektrik stansiyalarının yaradılmasının nəzərdə tutulması
bərpaolunan enerji istiqamətində ciddi potensialın mövcudluğundan xəbər verir.
Bu prosesdə özəl sektorun iştirakı da xüsusi əhəmiyyət daşıyır. Dövlətin yaratdığı
əlverişli investisiya mühiti ilə investorların marağının və Naxçıvanın təbii enerji
imkanlarının birləşməsi yeni iqtisadi imkanların meydana çıxmasına şərait yaradır.
Beləliklə, Naxçıvanın enerji siyasətində yalnız enerji tələbatının ödənilməsi deyil,
gələcəkdə artıq enerji istehsal edən və onu ixrac edə bilən bir mərkəzə çevrilmək
perspektivi formalaşır.
Muxtar respublikanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu strategiyanın
mühüm hissəsidir. Günəş və su elektrik stansiyalarının imkanlarının
genişləndirilməsi ilə yanaşı, bərpaolunan enerji istehsalının yaratdığı dəyişkənliyin
idarə olunması üçün enerji saxlanc sistemlərinin qurulması zəruridir. Bu baxımdan
ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun
yaradılması ilə bağlı tapşırıq mühüm texnoloji addımdır. Belə sistemlər enerji
istehsalı ilə istehlak arasında balansın qorunmasına, elektrik şəbəkəsinin sabitliyinin
artırılmasına və bərpaolunan mənbələrdən daha geniş istifadə olunmasına imkan
verəcək.
Naxçıvanın enerji potensialının artması onun gələcəkdə regional enerji bazarında
mövqeyini də gücləndirə bilər. Azərbaycanın elektrik enerjisi ixracı istiqamətində
həyata keçirdiyi layihələr, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış
imkanlarının genişləndirilməsi, Qara dəniz enerji kabeli layihəsi və Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə
bağlı əməkdaşlıq ölkənin enerji ixracı perspektivlərini genişləndirir. Bu ümumi
strategiyada Naxçıvanın artan bərpaolunan enerji imkanları muxtar respublikanın
gələcəkdə regional enerji sistemində daha mühüm mövqe tutmasına şərait yarada
bilər.
Naxçıvanın inkişaf strategiyasında kənd təsərrüfatı da diqqətdən kənarda qalmır.
Aqrar sahənin inkişafına dair Dövlət Proqramında muxtar respublikaya xüsusi yer
ayrılması bu istiqamətdə sistemli yanaşmanın göstəricisidir. Suvarma imkanlarının
artırılması, yeni artezian quyularının qazılması və istifadəsiz qalan torpaqların su ilə
təmin olunması kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün mühüm
imkanlar yaradır. Müasir suvarma texnologiyalarının tətbiqi isə su ehtiyatlarından
daha qənaətlə istifadə etməklə məhsuldarlığın yüksəldilməsinə xidmət edəcək.
Aqrar sektorun güclənməsi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də kənd
yerlərində məşğulluğun artmasına müsbət təsir göstərəcək.
İnkişaf prosesinin digər mühüm tərəfi əhalinin sosial xidmətlərə çıxış imkanlarının
yaxşılaşdırılmasıdır. Naxçıvanda DOST Mərkəzinin istifadəyə verilməsi və ASAN
xidmət imkanlarının genişləndirilməsi dövlət xidmətlərinin daha müasir, çevik və
vətəndaş yönümlü formada təşkilinə xidmət edir. Bu layihələr göstərir ki, iqtisadi
inkişafın əsas məqsədi yalnız yeni istehsal sahələrinin və infrastrukturun
yaradılması deyil, eyni zamanda insanların gündəlik həyatının daha rahat və
keyfiyyətli təşkil olunmasıdır.
Bütün bu istiqamətlər bir-birindən ayrı deyil, vahid inkişaf modelinin tərkib
hissələridir. Güclü təhlükəsizlik mühiti investisiyaların cəlb olunmasına imkan
yaradır, sənayeləşmə enerji və nəqliyyat infrastrukturuna tələbatı artırır, enerji
layihələri iqtisadi fəallığı dəstəkləyir, kənd təsərrüfatının inkişafı məşğulluğu
genişləndirir, sosial xidmətlərin müasirləşdirilməsi isə əldə olunan iqtisadi
nəticələrin insanların rifahına çevrilməsini təmin edir.
Naxçıvan qarşıdakı dövrdə öz coğrafi mövqeyindən və təbii imkanlarından
maksimum istifadə etməklə Azərbaycanın iqtisadi və enerji potensialında daha
böyük rol oynaya bilər. Bunun üçün əsas hədəf mövcud üstünlükləri qorumaqla
onları müasir infrastruktur, yüksək texnologiyalar, sənaye istehsalı, yaşıl enerji və
geniş nəqliyyat bağlantıları ilə birləşdirməkdir.
Prezident İlham Əliyevin səfəri zamanı səsləndirilən mesajlar da məhz bu baxışın
əsas istiqamətlərini müəyyənləşdirir. Naxçıvanın gələcəyi təhlükəsiz, iqtisadi
baxımdan güclü, enerji imkanları geniş, kənd təsərrüfatı inkişaf etmiş, sosial
xidmətləri müasir və nəqliyyat baxımından daha sıx inteqrasiya olunmuş bir muxtar
respublika modeli ilə əlaqələndirilir. Bu yanaşma Naxçıvanın Azərbaycanın ümumi
inkişafında çəkisini daha da artırmaq üçün geniş imkanlar açır.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55

