Naxçıvanın yeni inkişaf strategiyası
13.08.2026 [18:41]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 11 avqust
2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər.
Dövlət başçısının sayca 17-ci olan bu səfəri Naxçıvanın yeni inkişaf
strategiyası, idarəetmə islahatları və strateji layihələrin icrası baxımından
böyük əhəmiyyət daşıyır.
Səfər Naxçıvanda Prezidentin Xüsusi Nümayəndəliyi institutunun
bərqərar olması və 2026-cı ilin martında Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasında edilən dəyişikliklərdən sonrakı dövrə
təsadüf edib.
Naxçıvanın idarə olunması Qarabağ və Şərqi Zəngəzurda tətbiq
edilən müasir şəhərsalma və mərkəzləşdirilmiş idarəetmə
konsepsiyasına tam inteqrasiya olunur.
Naxçıvan Sənaye Parkı: Sumqayıtdan sonra ölkədə ikinci ən böyük
sənaye zonası olacaq sənaye parkının təməli qoyulub.
Sənaye Parkı ərazisində 300 meqavatlıq yeni İstilik Elektrik
Stansiyasının təməli atılıb.
Naxçıvanın 500–1000 meqavatlıq günəş enerjisi potensialından
istifadə etməklə 2050-ci ilədək "xalis sıfır karbonlu" əraziyə çevrilməsi
hədəfi xüsusi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Naxçıvan şəhərinin
də müasir standartlara uyğun yeni Baş Planı hazırlanır.
Şəhər daxilində köhnə avtobuslar tam sıradan çıxarılaraq yeni
elektrik avtobusları xəttə buraxılıb. Rayonlararası nəqliyyatın
modernləşdirilməsi üçün 217 yeni müasir avtobusun alınması
planlaşdırılır.
Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu hotelin təməli
qoyulub. Həmçinin uşaq bağçalarının tikintisi və təmiri üzrə layihələrə
baxış keçirilib.
Səfər çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) geniş
müsahibə verən dövlət başçısı Naxçıvanın müdafiə potensialının,
təhlükəsizlik tədbirlərinin, Türkiyə ilə nəqliyyat-logistika (Zəngəzur dəhlizi
/ İğdır-Naxçıvan xətti) əlaqələrinin və regional ticarət qovşağı rolunun
daha da gücləndiriləcəyini bəyan edib.
"Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu
təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə
Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən
müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da,
Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir
daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı
nümayiş etdirildi.
Millət vəkilinin sözlərinə görə, hazırda alternativ enerji potensialının
gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir:
"Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması
xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya
ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının "Şəms 1" və "Qərbi
Üfüq" stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş
enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli
layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada,
Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin
reallaşdırılması imkanları böyükdür.
Samir Vəliyev qeyd edib ki, cənab Prezidentin Naxçıvana səfəri
zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır:
"Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına
müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun
Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki,
həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15
milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-
logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf
edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir
yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun
əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur
layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil
yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə
yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il
başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki
icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin
başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ
xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması
Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək".
Prezident İlham Əliyevin birbaşa nəzarəti və siyasi iradəsi
nəticəsində Naxçıvan artıq yalnız coğrafi baxımdan deyil, iqtisadi və
logistika imkanları baxımından da yeni inkişaf mərhələsinə daxil olur.
Siyasi aspektdən yanaşdıqda isə bu səfər Azərbaycanın ərazi
bütövlüyünün, dövlət idarəçiliyinin vahidliyinin və milli həmrəyliyin
nümayişidir. Eyni zamanda, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik
olması səbəbindən türk dünyasının inteqrasiyası baxımından mühüm
körpü rolunu oynayır. Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqəti
Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət xəritəsində Naxçıvanın
əsas mərkəzlərdən biri kimi nəzərdə tutulduğunu göstərir”.
Esmira Həsənova
Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25

