Ərazi bütövlüyümüz beynəlxalq birlik tərəfindən tanınır və dəstəklənir
16.09.2026 [15:41]
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistan daxilindəki reaksiyalar fonunda regionda formalaşmış yeni reallığa münasibətin göstəricisinə çevrilib. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndi və Şuşada həyata keçirilən quruculuq layihələri, sosial-iqtisadi proseslər, tarixi-mədəni irsin bərpası ilə tanış olub, Ağdərə və Kəlbəcərdə tarixi abidələri ziyarət edib. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir. Yeri gəlmişkən, səfərlərin əsas məqsədi diplomatik nümayəndələrin azad edilmiş ərazilərdə gedən proseslərlə yerində tanış olmasıdır. Bərpa-quruculuq işləri, yeni infrastruktur, iqtisadi layihələr, tarixi və mədəni abidələrin qorunması Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi siyasətin nəticələridir. Bu səfərə Ermənistan daxilində müəyyən dairələrin etirazı isə həmin çevrələrdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı köhnə təsəvvürlərin hələ də qaldığını nümayiş etdirir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Belə şəraitdə xarici diplomatların ölkəmizin suveren ərazisinə səfər etməsinə etiraz edilməsi hüquqi və siyasi baxımdan əsassızdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onun ictimai-siyasi məkanında azad edilmiş ərazilərə səfərlərin hələ də etiraz mövzusuna çevrilməsi ciddi ziddiyyət yaradır. Bu yanaşma Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış Qarabağ stereotiplərinin tam aradan qalxmadığını da bir daha təsdiqləyir.
Səfər çərçivəsində Qafqaz Albaniyası irsi ilə bağlı Gəncəsər və Xudavəng kimi tarixi komplekslərin ziyarəti də diqqət çəkib. Ermənistanın müəyyən dairələri Qarabağdakı xristian irsini yalnız erməni irsi kimi təqdim etməyə çalışır, Qafqaz Albaniyasının tarixi və mədəni irsinə isə siyasi-ideoloji mövqedən yanaşırlar. Halbuki Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki Alban məbədləri ölkəmizin tarixinin mühüm hissəsidir. Məsələnin mahiyyəti tarixi faktların siyasi məqsədlərlə təhrif edilməməsidir. Bu məsələdə qonşu dövlətin mövqeyindəki ziddiyyət xüsusilə indiki Ermənistan ərazisində Azərbaycan xalqının mədəni irsinə münasibətdə görünür. Müxtəlif mənbələrdə həmin ərazidə tarixən mövcud olmuş Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, yaşayış məntəqələrinin və digər mədəni irs nümunələrinin dağıdılması, dəyişdirilməsi, yaxud onların Azərbaycanla bağlı izlərinin aradan qaldırılması ilə bağlı faktlar göstərilir. İrəvandakı Dəmirbulaq və Göy məscidlərinin taleyi, Azərbaycan mənşəli toponimlərin və qəbiristanlıqların silinməsi belə yanaşmanın nümunələri kimi təqdim olunur. Bir tərəfdən Qarabağdakı xristian abidələrinin mənsubiyyəti məsələsi siyasi müstəvidə qabardılır, digər tərəfdən indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi izlərinin qorunmasına eyni həssaslıq göstərilmir. Halbuki mədəni irsə münasibətdə əsas prinsip bütün xalqların tarixi və mədəni dəyərlərinin qorunması olmalıdır. Mədəni irsin qorunması beynəlxalq hüququn da tələbidir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair əsas beynəlxalq sənədlərdən biridir. Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yüzlərlə tarixi abidə, muzey, kitabxana, məscid, qəbiristanlıq və digər mədəni obyekt dağıdılıb və ya ciddi zərər görüb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi də bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə məlumatlar təqdim edib. Diplomatik səfərə reaksiyalar Ermənistan daxilində revanşist düşüncənin müəyyən təsir imkanlarını qoruduğunu nümayiş etdirir. Revanşist ritorikanın yalnız radikal müxalif dairələrlə məhdudlaşmaması xüsusilə diqqət çəkir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr hadisələrində həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu baxımdan diqqətçəkən hadisədir. Belə bir siyasi mühit Ermənistanın sülh prosesində mövqeyinin ardıcıllığı ilə bağlı suallar yaradır. Sülh yalnız siyasi bəyanatlarla deyil, cəmiyyətin də yeni reallıqları qəbul etməsi, qonşu dövlətin suverenliyinə hörmət göstərməsi və revanşist yanaşmalardan uzaqlaşması ilə mümkündür. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini şübhə altına alan ritorika və tarixi irslə bağlı birtərəfli iddialar sülh gündəminin ruhuna uyğun gəlmir. Ən əsası, ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, beynəlxalq ictimaiyyətə qapılarını açır, həyata keçirdiyi bərpa-quruculuq prosesini nümayiş etdirir və regionun gələcəyini sülh, əməkdaşlıq və inkişaf müstəvisində görmək istədiyini ortaya qoyur.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18

