Xankəndi, Xocavənd, Xocalı və Ağdərə: Zəfərdən dirçəlişə gedən yol
18.09.2026 [10:19]
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Zəfərdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər müasir tələblər əsasında yenidən salınır, sosial və iqtisadi infrastruktur yaradılır. Bu prosesin miqyasını Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə görülən işlər də aydın şəkildə nümayiş etdirir.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasının və dövlət suverenliyinin təmin edilməsinin parlaq təzahürlərindən biri oldu.
Bu gün Xankəndidə həyatın bütün sahələrini əhatə edən geniş quruculuq prosesi həyata keçirilir. Şəhərin gələcək inkişafı üçün müasir infrastruktur yaradılır, iqtisadi və sosial layihələr icra olunur. Prezident İlham Əliyevin Xankəndiyə səfərləri burada aparılan işlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. 2025-ci il fevralın 19-da dövlətimizin başçısı Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib, şəhərdə Zəfər parkının təməlini qoyub, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub. 2025-ci il iyulun 3-4-də Xankəndidə daha bir sıra mühüm layihələrin əsası qoyulub və obyektlər istifadəyə verilib. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi, Zəfər parkında görülən işlərlə tanışlıq, “Xankəndi” Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışı şəhərin müasir iqtisadi və nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Həmin səfər çərçivəsində Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış keçirilib, Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar. Eyni zamanda, müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib və Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü təşkil olunub.
İşğaldan azad edilmiş Xocavənd rayonunda da Böyük Qayıdış prosesi uğurla davam etdirilir. Burada şəhər və kəndlər yenidən qurulur, insanların təhlükəsiz və rahat yaşayışı üçün zəruri şərait yaradılır. Hazırda Xocavənd şəhərində 413 ailə, 1614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində isə 82 ailə, 347 nəfər məskunlaşıb. Beləliklə, qeyd olunan yaşayış məntəqələrində ümumilikdə 988 ailənin, 4 070 nəfərin məskunlaşması Böyük Qayıdış siyasətinin real nəticələrindən biridir. Prezident İlham Əliyevin Xocavəndə səfərləri rayonun bərpasına dövlət səviyyəsində göstərilən diqqətin mühüm göstəricisidir. 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi hadisə kimi yadda qalıb. Həmin il dekabrın 20-də dövlətimizin başçısı Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış keçirib.
Xocalı Azərbaycanın yaddaşında xüsusi yeri olan şəhərlərdən biridir. Bu gün Xocalı rayonunda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri onun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 2025-ci il mayın 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı keçirilib. Eyni zamanda, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı baş tutub. İyulun 18-də Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub, Xocalı kərpic zavodunun açılışında iştirak edib və Xanyurdu kəndinin sakinləri ilə görüşüb. 2025-ci il sentyabrın 14-15-də isə Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə baxış keçirilib, burada həyata keçirilən quruculuq işləri ilə tanış olunub və kənd sakinləri ilə görüşlər keçirilib.
İşğaldan azad edilmiş Ağdərə rayonunda da bərpa və yenidənqurma işləri geniş vüsət alıb. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Dövlətimizin başçısı Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb. Ağdərədə həyata keçirilən layihələr rayonun gələcək sosial-iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırır. Burada məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, həm də insanların rahat və firavan yaşayışı üçün müasir şərait yaratmaqdır.
Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə həyata keçirilən işlər Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Bu gün Qarabağda yeni yollar çəkilir, yaşayış məhəllələri salınır, məktəblər, səhiyyə müəssisələri, biznes və sosial obyektlər yaradılır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad Azərbaycanın hərbi Zəfərinin qüdrətini nümayiş etdirirdisə, bu gün həmin şəhərdə və Qarabağın digər ərazilərində aparılan quruculuq işləri Zəfərin yaratdığı yeni reallıqların daha bir ifadəsidir. Azərbaycanın Qarabağda həyata keçirdiyi Böyük Qayıdış siyasəti tarixi torpaqlarımızda yeni həyatın qurulmasına, insanların doğma yurdlarına qayıtmasına və regionun dayanıqlı inkişafına xidmət edir.
Bu gün Qarabağda hər bir yeni layihə, hər bir yeni yaşayış məntəqəsi və hər bir qayıdış Azərbaycanın tarixi Zəfərinin real nəticəsini nümayiş etdirir. Zəfərdən Böyük Qayıdışa uzanan bu yol Qarabağın gələcəyinin qurulmasının və əbədi dirçəlişinin möhkəm əsasını təşkil edir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15

