20 Sentyabr – Zəfərin növbəti səhifəsi
18.09.2026 [11:55]
Azərbaycan tarixində 20 Sentyabr tarixi xüsusi əhəmiyyət kəsb edir, çünki bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası prosesində mühüm mərhələlərdən birini – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad olunmasını simvolizə edir. Otuz ildən artıq davam edən erməni işğalından sonra bu şəhərlərin Azərbaycan dövlətçiliyinə qaytarılması, onların bərpası və yenidən qurulması, habelə məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması ölkəmizin ən mühüm dövlət prioritetlərindən birinə çevrilmişdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu ərazilərin faktiki və rəsmi olaraq Azərbaycan dövlətinin suverenliyi altına qayıtmasının rəmzi təsdiqi olmuşdur. Bu akt yalnız hərbi-siyasi qələbənin deyil, həm də mənəvi zəfərin ifadəsi kimi tarixə düşmüşdür.
2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” futbol komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndidə keçirməsi diqqətəlayiq faktdır. Adını daşıdığı bölgənin mərkəzi şəhərində belə bir tədbirin təşkili yalnız idman hadisəsi deyil, həm də ərazinin normal həyata qaytarılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir.
İşğaldan azad olunmuş ərazilərin uğurla məskunlaşdırılması dövlətin “Böyük Qayıdış” Proqramının əsas nəticələrindən biridir. Belə ki, Xocalı rayonu üzrə aparılan işlər nəticəsində Xocalı şəhərində 144 ailə (651 nəfər), Ballıca kəndində 246 ailə (1088 nəfər), Xanyurdu kəndində 140 ailə (510 nəfər), Təzəbinə kəndində 180 ailə (824 nəfər), Şuşakənd kəndində 116 ailə (436 nəfər), Badara kəndində 109 ailə (411 nəfər), Seyidbəyli kəndində 77 ailə (282 nəfər), Daşbulaq kəndində 44 ailə (169 nəfər) və Xanabad kəndində 111 ailə (470 nəfər) məskunlaşdırılmışdır. Ümumilikdə bu ərazilərdə 1.167 ailə, yəni 4.841 nəfər öz doğma yurduna qayıtmışdır. Bu rəqəmlər dövlətin məcburi köçkünlərin öz torpaqlarına qaytarılması siyasətinin praktiki nəticələrini əyani şəkildə göstərir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndiyə mütəmadi səfərləri şəhərin bərpası prosesinin daim diqqətdə saxlanıldığını göstərir. 2024-cü il martın 18-də Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması ilə başlayan bu səfərlər çərçivəsində iyulun 5-də Qarabağ Universitetində görülən işlərlə tanışlıq, əsaslı təmirdən sonra “Qarabağ” hotelinin açılışı, Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi və “Palace” hotelinin açılışı həyata keçirilmişdir. Sentyabrın 19-da “Bulud” hotelindəki təmir-bərpa işləri, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, Dövlət Dram Teatrının, 1 nömrəli körpələr evi-uşaq bağçasının vəziyyəti ilə tanışlıq, həmçinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisinə baxış keçirilmişdir. Sentyabrın 20-də isə Qarabağ Universitetinin tələbə yataqxanasının və universitetin özünün təmirdən sonra açılışı baş tutmuşdur.
Xocavənd rayonuna, xüsusilə Hadrut qəsəbəsinə aid səfərlər 2021-ci ildən başlayaraq davam etmişdir. 2021-ci il oktyabrın 9-da Hadrutda yeni məscidin təməlqoyma mərasimi keçirilmiş, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında tikinti işləri ilə tanışlıq olunmuş, “Hadrut” qovşaq yarımstansiyasının təməli qoyulmuş, rayon ictimaiyyəti ilə görüşlər keçirilmişdir. 2021-ci il dekabrın 24-də Hadrutda hərbi hissənin açılışı olmuşdur. 2023-cü il mayın 5-də isə Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Hadrutda 360 şagird yerlik məktəbin bərpa layihəsi ilə tanışlıq, turizm inkişaf konsepsiyası barədə məlumatlandırma, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun bir hissəsinin açılışı və “Hadrut” qovşaq yarımstansiyası ilə Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı həyata keçirilmişdir.
Xocalı rayonuna edilən səfərlər çərçivəsində 2024-cü il mayın 28-də şəhərdə 15 çoxmənzilli binada aparılan təmir-yenidənqurma işləri ilə tanışlıq olunmuş və şəhərə köçən sakinlərlə görüş keçirilmişdir. İyulun 5-də Xocalı hava limanına baxış olmuşdur. 2025-ci il fevralın 18-19-da isə Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq, habelə Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərə baxış keçirilmiş, kəndə köçən sakinlərlə görüş olmuşdur.
Ağdərə rayonuna 2025-ci il martın 18-də edilən səfər çərçivəsində Sərsəng su anbarından Umudlu kəndinə gedən yolun açılışı olmuş, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həsənriz kəndində sakinlərlə birgə Novruz tonqalı alovlandırmışlar. Həmçinin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi keçirilmiş, yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim olunmuş və kənddə məscidin açılışı baş tutmuşdur.
Yuxarıda göstərilən faktlar bir daha təsdiq edir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması yalnız hərbi-siyasi hadisə deyil, uzunmüddətli, ardıcıl və sistemli bərpa-quruculuq siyasətinin başlanğıcı olmuşdur. Dövlət başçısının bu ərazilərə mütəmadi səfərləri, infrastrukturun, təhsil və mədəniyyət müəssisələrinin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin sosial-iqtisadi həyata tam inteqrasiyası istiqamətində atılan addımların əyani sübutudur. 20 Sentyabr günü bu tarixi nailiyyətlərin xatırlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDin
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10

