Mənəvi dəyərlər, sülh və həmrəylik naminə mühüm görüş
18.09.2026 [12:21]
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi mühüm mənəvi və ictimai əhəmiyyət daşıyan hadisə olub. Dövlət başçısı çıxışında Bakıda keçirilən iki mühüm tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxta təsadüf etməsinin xüsusi məna daşıdığını vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlərin zəngin irsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə İslam aləmi üçün böyük dəyərdir.
Görüşdə Türk dünyası ilə Qafqaz arasında tarixi və mənəvi bağların əhəmiyyətinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Azərbaycanın həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqaz ölkəsi olduğunu qeyd edərək, müxtəlif ölkələrdən dini liderlərin Bakıda bir araya gəlməsini birlik və həmrəyliyin mühüm nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı dini liderlərin sülh, əməkdaşlıq, əmin-amanlıq və barışıq istiqamətində səsləndirdiyi fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan belə görüşlər yalnız fikir mübadiləsi deyil, eyni zamanda xalqlar və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır.
Prezident İlham Əliyev çıxışında Qarabağın keçmişi və bu günü barədə də ətraflı danışaraq nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfərinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Qarabağda 30 illik işğalın ağır nəticələrinin aradan qaldırıldığını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, şəhər və kəndlərin yenidən qurulması Zəfərin yeni inkişaf mərhələsinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan xalqı bu gün müzəffər xalq kimi qürurla yaşayır.
Görüşün mühüm mesajlarından biri də birlik və həmrəyliyin qorunmasının vacibliyi olub. Dövlət başçısı Türk dünyasının, Qafqazın və İslam aləminin birliyinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür tədbirlərin dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini bildirib. Seyid Yəhya Bakuvinin mötədillik, mənəvi zənginlik və insanları birliyə çağıran irsinin bu gün də aktuallığını qoruması isə tədbirin ideya məzmununu daha da zənginləşdirir. Bu baxımdan Bakıda keçirilən görüş və beynəlxalq konfranslar Azərbaycanın milli-mənəvi dəyərlərin qorunmasına, Türk dünyası və İslam aləmi arasında əlaqələrin inkişafına verdiyi töhfənin daha bir göstəricisidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22

