İslam həmrəyliyi – dostluq və əməkdaşlığın təməli
18.09.2026 [13:06]
Biz Azərbaycanda hər zaman çalışmışıq və bundan sonra da çalışacağıq ki, İslam həmrəyliyini real, praktiki addımlarla və əməli fəaliyyətimizlə gücləndirək. Çünki həmrəylik yalnız sözlərdə ifadə olunan anlayış deyil, gündəlik həyatımızda özünü göstərən dəyərli bir prinsipdir. Müsəlman aləminin gücü, ilk növbədə, qarşılıqlı hörmət, sıx əməkdaşlıq və etimaddan qaynaqlanır.
Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dini ənənələrin qovuşduğu nadir məkanlardan biri kimi tanınıb. Bu zəngin irs ölkəmizin İslam dünyasına verdiyi töhfələr üçün möhkəm bünövrə yaradır. Respublikamızda dinlərarası və mədəniyyətlərarası dialoqa xüsusi diqqət yetirilir. Həmin yanaşma İslam ölkələri ilə münasibətlərin dinamik inkişafına da müsbət təsir göstərir.
İslam həmrəyliyi xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə belə birliyə ehtiyac əvvəlkindən daha böyükdür. Müxtəlif coğrafiyalarda yaşayan müsəlman xalqlarının ortaq dəyərləri onları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan bu irsin qorunmasını və gələcək nəsillərə ötürülməsini vacib hesab edir.
Ölkəmizin həyata keçirdiyi humanitar və mədəni layihələr görülən işlərin tərkib hissəsidir. İslam ölkələri arasında əlaqələrin yalnız siyasi müstəvidə deyil, humanitar sahədə də şaxələnməsi vacibdir. Elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində tərəfdaşlıq xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər və birgə layihələr bu bağların genişlənməsinə şərait yaradır.
Azərbaycan müxtəlif İslam ölkələri ilə dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirir. Bu əlaqələr qarşılıqlı maraqlara və hörmətə əsaslanır. Həmrəyliyin ən mühüm göstəricilərindən biri çətin məqamlarda bir-birinə dayaq olmaqdır. Humanitar yardımlar bu birliyin real nümunəsidir. Qardaş xalqların sevincini və kədərini bölüşmək mənəvi borcun təzahürüdür.
Cəmiyyətimizdə bu ənənələrin derin kökləri var. Milli-mənəvi dəyərlərimiz insanları mərhəmətə, böyüyə hörmətə və ehtiyacı olana kömək etməyə səsləyir. Həmin dəyərlər İslam həmrəyliyi ideyasının cəmiyyətimizdə daha dərin mənimsənilməsinə zəmin yaradır.
Gənc nəslin maarifləndirilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Gənclər İslamın sülh, elm və insanpərvərlik mesajlarını düzgün şəkildə mənimsəməlidirlər. Dini savadlılığın artırılması yanlış təsəvvürlərin və ayrı-seçkiliyin qarşısını almağa kömək edir. Elm və təhsil İslam dünyasının tərəqqisi üçün həlledici amillərdəndir.
İslam sivilizasiyasının tarixində elmə və biliyə verilən yüksək dəyər bunun bariz nümunəsidir. Həmin tarixi irsin öyrənilməsi müasir nəsillər üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan alimləri, ziyalıları və mədəniyyət xadimləri bu irsin təbliğinə öz töhfələrini verirlər.
Sülh və sabitlik İslam dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Münaqişələrin həllində dialoq və diplomatiya imkanlarından istifadə olunması vacibdir. Azərbaycan xarici siyasətində sülh və əməkdaşlıq təşəbbüslərinə üstünlük verir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də dialoq imkanlarının genişlənməsinə təkan verir.
İslam dünyasının rəngarəngliyini qarşıdurma deyil, zənginlik kimi qəbul etmək lazımdır. Müxtəlif xalqların mədəni irsi ümumi sivilizasiya xəzinəsinə dəyərli töhfələr bəxş edir. Azərbaycan bu zəngin irsin qorunmasına və tanıdılmasına dəstək verməyə davam edəcək.
Ölkəmizin İslam dünyası ilə əlaqələri zəngin tarixi və müasir əməkdaşlıq ənənələri üzərində qurulub. Bu əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün geniş imkanlar mövcuddur. Həmin imkanlardan səmərəli istifadə etmək bütün tərəflərin məsuliyyətli fəaliyyətini tələb edir. Hər bir əməkdaşlıq təşəbbüsü qarşılıqlı fayda və hörmət prinsiplərinə söykənməlidir.
Azərbaycan öz imkanları çərçivəsində fəaliyyətini davam etdirəcək. Bizim üçün İslam həmrəyliyi tarixi-mədəni bağlarla yanaşı, müasir əməkdaşlıq imkanlarının da ifadəsidir. Bu həmrəylik xalqların bir-birinə daha da yaxınlaşmasına, sülhə, tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət etməlidir.
İslam dünyasının inkişafı üçün elmə, təhsilə, innovasiyalara və insan kapitalına daha çox diqqət ayrılmalıdır. Bu sahələrdə birgə layihələr gələcək nəsillər üçün yeni imkanlar açacaq. Həmrəyliyin davamlı olması üçün onu gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək lazımdır. İnsanlar bir-birinə yardım etdikcə cəmiyyətin mənəvi dayaqları daha da möhkəmlənir.
Dövlətlər tərəfdaşlıq etdikcə xalqlar arasında əlaqələr də miqyasını genişləndirir. Biz bundan sonra da sözümüzü konkret işlərlə təsdiqləməyə çalışacağıq. Çünki İslam həmrəyliyinin ən güclü ifadəsi insanlara fayda verən, sülhü və əməkdaşlığı möhkəmləndirən real əməllərdir. Azərbaycan olaraq məqsədimiz bu həmrəyliyə öz əməli fəaliyyətimiz, dostluq münasibətlərimiz və xeyirxah təşəbbüslərimizlə dəstək olmaqdır.
Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22

