/ / Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin səmasında dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əbədi və sarsılmaz suverenliyinin ən parlaq zəmanətidir
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin səmasında dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əbədi və sarsılmaz suverenliyinin ən parlaq zəmanətidir
18.09.2026 [23:33]
20 sentyabr tarixi Azərbaycanın müasir dövlətçilik tarixinə tam suverenliyin, qürurun və tarixi ədalətin bərpası günü kimi həkk olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız coğrafi ərazilərin azad olunmasını deyil, otuz illik işğala, parçalanmaya və həsrətə vurulan yekun zərbəni təcəssüm etdirir.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.
1992-ci ildə bəşəriyyət tarixinin en qanlı soyqırımlarından birinə məruz qalan Xocalı şanlı zəfərlə öz mənəvi rahatlığına qovuşdu. Bu gün Xocalı qisas və kədər simvolu deyil, yeni tikilən yaşayış massivləri, müasir məktəblər və doğma ocaqlarına qayıdan sakinlərin təbəssümü ilə dirçələn bir şəhərdir.
Uzun illər separatizmin mərkəzi kimi istismar edilən Xankəndi bu gün yenidən Azərbaycanın elm, təhsil və mədəniyyət ocağına çevrilir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərə gənclik enerjisi və intellektual nəfəs gətirərək bölgənin gələcək inkişaf drayverinə dönmüşdür.
Zəngin kənd təsərrüfatı potensialı, qədim Alban məbədləri və strateji yüksəklikləri ilə seçilən Xocavənd, hazırda "ağıllı kənd" layihələri və müasir infrastrukturla dinc həyata inteqrasiya olunur.
Yeraltı və yerüstü sərvətləri, su resursları və sənaye potensialı ilə Ağdərə rayonu yenidən qurulur, keçmiş köçkünlərin öz baba yurdlarına ləyaqətli qayıdışı üçün sürətli tikinti-abadlıq işləri aparılır.
Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində misilsiz miqyasda bərpa işləri görülür. Beynəlxalq standartlara cavab verən yollar, tunellər, su anbarları, günəş və hidroelektrik stansiyaları istifadəyə verilir. İqtisadi zonaların yaradılması bölgəyə yerli və xarici investisiyaların cəlb olunmasını sürətləndirir.
Azərbaycan tarixinə qızıl hərflərlə yazəlan 20 Sentyabr tarixi Vətən torpaqları uğrunda canından keçən qəhrəman oğullarımızın qanının yerde qalmadığının sübutudur. Milli birlik və iradənin, Xalq-dövlət-ordu birliyinin yenilməz gücünü dünyaya göstərən rəmzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir və müstəqil Azərbaycanın qüdrətinin, regionda yeni reallıq müəyyən edən, öz taleyinə özü sahib çıxan güclü dövlət konseptinin təsdiqidir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin səmasında dalğalanan üçrəngli bayrağımız, Azərbaycanın əbədi və sarsılmaz suverenliyinin ən parlaq zəmanətidir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

