Sabitlik və həmrəylik Türk dünyasının güc mənbəyidir
22.09.2026 [10:32]
Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq müstəvidə artan nüfuzu və genişlənən əməkdaşlıq imkanları türk dünyasının qarşılıqlı həmrəyliyinin, ortaq dəyərlərə söykənən münasibətlərinin və strateji baxışlarının məntiqi nəticəsidir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təşkilatın qarşısında dayanan mühüm vəzifələri, eləcə də türk dövlətlərini birləşdirən amillərin əhəmiyyətini bir daha ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında TDT-nin mühüm üstünlüklərindən birinin ortaq etnik köklərə, dilə, mədəniyyətə və ənənələrə malik ölkələri bir araya gətirməsi olduğunu vurğuladı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, belə mənəvi birlik və qarşılıqlı yaxınlıq dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Məhz bu amillər Türk Dövlətləri Təşkilatını yalnız siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, həm də xalqlarımızı bir-birinə daha sıx bağlayan mühüm birlik məkanı kimi səciyyələndirir.
Müasir dünyada təhlükəsizlik məsələləri dövlətlərin dayanıqlı inkişafının əsas şərtlərindən birinə çevrilib. Prezident İlham Əliyev çıxışında TDT-nin uğurlu inkişafının mühüm amillərindən biri kimi üzv ölkələrin ərazilərində sabitliyin, sülhün və təhlükəsizliyin hökm sürməsini xüsusi qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin davamlı inkişafı mümkün deyil.
Bu yanaşma təhlükəsizlik məsələlərinin yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə Türk dünyasının ümumi maraqlarından irəli gəldiyini göstərir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm və hibrid təhdidlər kimi çağırışlar dövlətlər arasında koordinasiyalı fəaliyyətin və təcrübə mübadiləsinin vacibliyini artırır. Bu baxımdan TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ümumi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın bu prosesdə irəli sürdüyü təşəbbüslər Türk dövlətləri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə mühüm zəmin yaradır. Bakı görüşü də təhlükəsizlik sahəsində dialoqun inkişafı və ortaq çağırışlara qarşı birgə fəaliyyət imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də gənclər siyasəti və TDT-yə üzv ölkələrin gəncləri arasında əlaqələrin genişləndirilməsi olub. Dövlətimizin başçısı vurğulayıb ki, təşkilat çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməli, müntəzəm tədbirlər, forumlar və konfranslar keçirilməlidir.
Bu fikir türk dünyasının gələcəyinin formalaşmasında gənc nəslin roluna verilən yüksək əhəmiyyətin göstəricisidir. Gənclərin bir-biri ilə ünsiyyətinin genişlənməsi, ortaq layihələrdə iştirakı, fikir və təcrübə mübadiləsi xalqlarımız arasındakı tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə imkan yaradır. Eyni zamanda, belə əlaqələr gənc nəslin Türk dünyasının ortaq dəyərlərini daha yaxından tanımasına və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs gənclər təşkilatları qarşısında yeni əməkdaşlıq imkanları açır. Müxtəlif ölkələrin gənclərinin birgə forumlarda, konfranslarda, sosial və mədəni layihələrdə iştirakı qarşılıqlı anlaşmanı gücləndirməklə yanaşı, Türk dünyasının gələcək həmrəyliyinin daha möhkəm təməllər üzərində qurulmasına xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında duran əsas prioritetləri aydın şəkildə ifadə edir. Sabitlik, sülh və təhlükəsizlik dövlətlərin inkişafının, gənclər arasında möhkəm əlaqələr isə Türk dünyasının gələcək birliyinin mühüm dayaqlarıdır. Bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi TDT-nin potensialının daha da artırılmasına və təşkilatın beynəlxalq müstəvidə əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06

