Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi
28.09.2026 [16:21]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Sentyabrın 26-da II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə dair mühüm mesajlarla yadda qaldı. Çıxışda investisiya mühitinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorunun inkişafı, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, rəqəmsallaşma və insan kapitalının gücləndirilməsi kimi prioritetlər ön plana çəkildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı isə ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi. Prezident cənab İlham Əliyev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görülsə də, neft və qaz sahəsi hələ uzun müddət ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutacaq. O, yeni yataqların işlənilməsi və qaz hasilatının artırılması ilə bağlı beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi də yeni imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında ölkənin siyasi-iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionu ilə daha sıx inteqrasiyasını qeyd edib. Nəqliyyatın rəqəmsallaşdırılması, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və aydın tənzimləmə mexanizmləri investorlar üçün daha anlaşılan biznes mühitinin formalaşmasına xidmət edən amillər kimi qiymətləndirilir.
Bununla yanaşı, Cənab Prezident ərzaq təhlükəsizliyini də gələcək investisiyalar üçün perspektivli sahələrdən biri kimi göstərib. Dünyada quraqlıq, yanacaq çatışmazlığı və təchizat zəncirlərində yaranan problemlərin ərzaq təhlükəsizliyi ilə bağlı riskləri artırdığını qeyd edən Prezident Azərbaycanın bu sahədə mövcud imkanlarından daha səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kənd təsərrüfatı və ərzaq istehsalı həm daxili tələbatın təmin edilməsi, həm də investorlar üçün yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın nəqliyyat və logistika imkanları da Prezidentin çıxışında geniş yer tutub. Dövlətimizin başçısı bildirib ki, gələcəkdə xüsusilə çoxmillətli maraqlara xidmət edən infrastruktur, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur istiqamətləri investorlar üçün maraq doğura bilər. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Həmçinin Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna diqqət çəkərək ölkənin gələcək iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırıldığını bildirib. Dövlətimizin başçısının sözlərinə görə, “görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı”. Bu fikir Azərbaycanın iqtisadi siyasətində dayanıqlılığın və uzunmüddətli inkişaf üçün yaradılmış imkanların xüsusi əhəmiyyət daşıdığını göstərir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

