Enerji, texnologiya və insan kapitalı
29.09.2026 [11:32]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin qarşıdakı dövr üçün iqtisadi prioritetlərini ortaya qoydu. Gələcək inkişafın möhkəm təməli ilk növbədə iqtisadi və maliyyə sabitliyinin təmin olunması ilə bağlıdır. Son illərdə formalaşdırılan dayanıqlı iqtisadi baza ölkənin yeni mərhələyə daha geniş imkanlarla keçməsinə şərait yaradıb.
Əlverişli investisiya mühiti nəticəsində son 20 ildə iqtisadiyyata 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkəyə beynəlxalq biznes dairələrinin marağını göstərən mühüm göstəricidir. Qarşıdakı mərhələdə əsas məqsəd bu dinamikanı qorumaqla yanaşı, kapital axınlarını iqtisadiyyatın yeni və perspektivli sahələrinə yönəltməkdir.
Enerji sektoru həmin istiqamətlər arasında xüsusi yer tutur. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq bərpaolunan enerji potensialının mövcudluğu, quruda günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi yeni imkanların miqyasını nümayiş etdirir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisinin ixracı və ötürücü şəbəkələrin inkişafı enerji siyasətinin əsas istiqamətlərindən olacaqdır. Eyni zamanda, elektrik istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi həmin resursun ixrac üçün daha çox yönəldilməsinə imkan verə bilər.
Yeni enerji imkanları rəqəmsal iqtisadiyyatın inkişafı ilə də əlaqələndirilir. Süni intellekt texnologiyalarının geniş yayılması fonunda data mərkəzlərinə artan tələbat əlavə elektrik enerjisi potensialının daxili iqtisadiyyatda səmərəli istifadəsi üçün yeni istiqamət yaradır. Bu baxımdan enerji və rəqəmsal texnologiyaların kəsişməsi gələcək investisiya layihələrinin mühüm sahələrindən birinə çevrilə bilər.
Logistika, nəqliyyat və bağlantılar da iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi diqqət çəkir. Dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava yükdaşıma infrastrukturuna yatırılan sərmayələr Azərbaycanın tranzit imkanlarını genişləndirib. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və qonşu ölkələrlə dəmir yolu əlaqələrinin mövcudluğu bu sahədə görülən işlərin miqyasını nümayiş etdirir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir. Bu məqsəd ölkənin beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin daha da möhkəmləndirilməsi, tranzit imkanlarından səmərəli istifadənin genişləndirilməsi və yükdaşımaların sürətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, dəmir yollarının və avtomobil magistrallarının ötürücülük imkanlarının artırılması, logistika mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi tranzit axınlarının artmasına şərait yaradacaq. Bununla yanaşı, qonşu dövlətlərlə, eləcə də əsas tranzit tərəfdaşları ilə əməkdaşlığın davam etdirilməsi və yeni logistika əlaqələrinin formalaşdırılması mühüm istiqamətlərdəndir. Gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, yükdaşımaların koordinasiyasının gücləndirilməsi və marşrutlar üzrə vahid yanaşmaların tətbiqi də daşımaların səmərəliliyini yüksəldə bilər. Beləliklə, tranzit yük həcminin artırılması yalnız nəqliyyat sektorunun deyil, həm də logistika, xidmət, ticarət və digər əlaqəli sahələrin genişlənməsinə, ölkənin regional bağlantı imkanlarının daha fəal istifadəsinə və iqtisadi fəallığın artmasına əlavə imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik: “Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”.
Mədənçilik isə iqtisadiyyatın şaxələndirilməsi baxımından diqqət çəkən digər istiqamətdir. Bu sahə üzrə dördillik dövlət proqramının qəbul edilməsi yeni layihələrin həyata keçirilməsi və investisiya fəallığının artırılması üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, neft-qaz sektoru iqtisadiyyatın aparıcı sahələrindən biri olaraq qalacaq. Bu sektordan əldə olunan gəlirlərin digər iqtisadi istiqamətlərə investisiya şəklində yönəldilməsi şaxələndirmə prosesinin maliyyə əsaslarından biridir.
Maliyyə dayanıqlığı da çıxışda xüsusi vurğulanan məsələlərdəndir. Dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz, xarici borcun isə 5,6 faiz səviyyəsində olması, valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə imkanlarını xarakterizə edən mühüm göstəricilərdir. Manatın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 məzənnəsində sabit qalması da bu çərçivədə qeyd olunan əsas amillərdəndir.
Beləliklə, qarşıdakı iqtisadi mərhələnin əsas xəttini sabitliyin qorunması ilə yanaşı, enerji, logistika, mədənçilik və rəqəmsal texnologiyalar kimi istiqamətlərdə yeni imkanların reallaşdırılması təşkil edir. Formalaşdırılmış iqtisadi və maliyyə baza bu proses üçün əsas dayaq rolunu oynayır. Əsas məqsəd isə mövcud imkanları daha yüksək əlavə dəyər yaradan sahələrə yönəltməklə iqtisadi artımın yeni mənbələrini genişləndirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55

