Anar Nəbiyev: Qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu
30.09.2026 [14:16]
1993-cü ildən bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil
həyat yaşayır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi,
beynəlxalq aləmdəki nüfuzu və dövlət idarəçiliyindəki zəngin təcrübəsi
sayəsində milli dövlətçiliyin, qüdrətli Azərbaycan dövlətinin və
müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin dövrdə Ümummilli
Lider qətiyyətlə bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir,
dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini
qorumaqdan, əbədi etməkdən ibarətdir.
1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq
böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər
Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli
Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider andiçmə
mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar
bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan
vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və
əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət
edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına
sərf edəcəyəm”.
Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin
olunması istiqamətində mühüm islahatlar aparıldı. Ümummilli Lider, ilk
növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş
apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın
sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-
siyasi sabitlik bərqərar edildi. Azərbaycanda müstəqil dövlət təsisatlarının
qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin
yaranması, ilk Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin
formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin
müvəffəqiyyətli həlli, eyni zamanda, ölkəmizin bu gün dünyada qüdrətli
dövlət kimi tanınması məhz Ümummilli Lider Heydər Əliyevin
xidmətləridir.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən
biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni
zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya
azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə
çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə
xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında
real siyasi amilə çevrilmişdir. Ümummilli Lider bildirmişdir: “Azərbaycan
dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən
azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər
- bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.
Bu mühüm reallığı da qeyd edək ki, 1993-cü ildə Prezident seçilən
Ulu Öndər Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa
müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə
olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana
ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər
sisteminin suveren aktoruna çevrilmişdir. Qərbə inteqrasiya yolunu tutan
Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə
nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi
antiAzərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-
Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük
insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi
reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü
olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini
müəyyənləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı
qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Azərbaycanın hər bir uğuru
Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən bu xətti bütün
sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi
Zəfərinə, suverenliyimizin tam bərpasına qovuşdurdu. Bu gün azad edilmiş
bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasından
qürurluyuq. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız
dogma yurd-yuvalarına qayıdırlar. Prezident İlham Əliyev Ümummilli
Liderin arzusunu reallığa çevirdi. Güclü, qüdrətli, qalib Azərbaycan həmişə
hədəfimiz olub.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

