YAP-ın Beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
18.03.2014 [09:19]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib. Komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova iclasın gündəliyi haqqında məlumat verib. Belə ki, gündəliyə YAP-ın Beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramının və 2014-cü il üçün tədbirlər planının təsdiq olunması, eləcə də təşkilati məsələ daxil edilib.
B.Muradova bildirib ki, komissiya xarici ölkələrin siyasi partiyaları, ictimai təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə, habelə, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və digər siyasi qurumlarla partiyanın əlaqələrinin yaradılması, mövcud əməkdaşlığın isə genişləndirilməsi vəzifələrini yerinə yetirəcək. Onun sözlərinə görə, məqsəd YAP-ın müxtəlif xarici tərəfdaşları ilə münasibətlərinin möhkəmləndirilməsi, informasiya və təcrübə mübadiləsinin aparılması, həmçinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Komissiya sədri deyib ki, hazırda YAP bir çox dünya ölkələrinin siyasi partiyaları ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, partiyamız İCAPP kimi beynəlxalq təşkilatın işində yaxından iştirak edir və bu təşkilatın Daimi Komitəsinin üzvüdür. “İCAPP-ın Qadınlar və Gənclər qollarının yaradılmasında partiyamız yaxından iştirak edib və hər iki qurumun tədbirləri Bakı şəhərində keçirilib. Eyni zamanda, İCAPP-ın Qadınlar və Gənclər qollarının rəhbərliyində partiyamız təmsil olunur” - deyə, B.Muradova vurğulayıb.
Komissiyanın 2014-cü il üçün iş planı haqqında məlumat verən B.Muradova il ərzində bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, iş planına tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə həsr olunmuş “dəyirmi masa”, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfrans, xarici ölkələrdə təhsil alan tələbələrin YAP fəalları ilə görüşü, “Yeni geosiyasi şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq təşkilatların mövqelərinə baxış” adlı “dəyirmi masa” və s. tədbirlərin keçirilməsi daxildir.
İclasda komissiyanın üzvləri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digərləri çıxış edərək iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın Beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramı və 2014-cü il üçün iş planı təsdiq olunub.
Daha sonra təşkilati məsələyə baxılıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komissiyanın sədr müavini, siyasi elmlər doktoru Elman Nəsirov isə komissiyanın katibi seçilib.
Qeyd edək ki, iclasda, həmçinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, siyasi elmlər doktoru, professor Elman Nəsirov və YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

