/ / Qaradağ rayonunda cənab Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti tədbir keçirilib
Qaradağ rayonunda cənab Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti tədbir keçirilib
19.10.2026 [10:52]
16 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Sahil qəsəbəsi, Salyan şossesi 1083 ünvanı üzrə ərazi partiya təşkilatında (“Bos-Şelf” MMC) Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov, Salyan şossesi 1083 üzrə ərazi partiya təşkilatının sədri, “Bos-Şelf” MMC-nin baş direktoru, VIII Qurultayın nümayəndəsi Nazim Hüseynov, partiya üzvləri və fəallar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir öz işinə başlayıb.
İlk olaraq çıxış edən “Bos-Şelf” MMC-nin baş direktoru, VIII Qurultayın nümayəndəsi Nazim Hüseynov Prezident, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr barədə danışıb. O qeyd edib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qurultaydakı tarixi və proqram xarakterli nitqi qarşıya yeni hədəflər və strateji vəzifələr qoyur, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təbliğat və ideoloji işin düzgün təşkili kimi mühüm istiqamətləri müəyyən edir.
Nazim Hüseynov vurğulayıb ki, qarşıda duran vəzifələr böyük və məsuliyyətlidir. Lakin xalqımızın birliyi, güclü iradəsi və dövlətə sədaqəti qarşıya qoyulan məqsədlərə nail olmaq üçün möhkəm zəmin yaradır. O bildirib ki, “Bos-Şelf” MMC-nin kollektivi Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrasına öz töhfəsini verəcək və ölkəmizin inkişafı naminə səylərini əsirgəməyəcək.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn əsas prioritetlər və mühüm vəzifələr barədə ətraflı məlumat verib.
İlqar İlyasov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sabitliyin, sosial-iqtisadi tərəqqinin və dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təmin olunmasında mühüm rol oynayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Məhz bu tarixi reallıqlar fonunda keçirilən VIII Qurultay partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.
YAP Qaradağ rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, VIII Qurultayda qəbul olunmuş qərarlara və partiya rəhbərliyinin tapşırıqlarına uyğun olaraq ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, ideoloji işin keyfiyyətinin yüksəldilməsi və partiya intizamının möhkəmləndirilməsi əsas vəzifələrdəndir. O, istehsal sahələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, partiya fəallarının ictimai-siyasi fəallığının artırılmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının və partiya sıralarının yeni üzvlərlə genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. İlqar İlyasov Qaradağ rayon təşkilatının qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bundan sonra da ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcəyini qeyd edib.
Tədbirdə digər çıxış edənlər — insan resursları üzrə menecer, YAP-ın VIII Qurultayının nümayəndəsi Cavanşir Əliyev, “Bos-Şelf” MMC-nin tikinti üzrə böyük meneceri, I Qarabağ müharibəsinin veteranı Fariz Tağıyev, mühəndis Səbinə Qəhrəmanlı-Ağayeva bildiriblər ki, Azərbaycanın qazandığı möhtəşəm Zəfər və regionda yaranmış yeni reallıqlar ölkəmizin inkişafında yeni mərhələnin başlanmasına səbəb olub. Bu gün hər bir təşkilatdan və vətəndaşdan daha böyük məsuliyyət, yüksək peşəkarlıq və yenilənmiş fəaliyyət tələb olunur.
Çıxış edənlər qeyd ediblər ki, güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət, savadlı və vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dayaqların qorunması və daha da möhkəmləndirilməsi hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44

