Füzuli günü – tarixi Zəfərin, milli qürurun və dirçəlişin təntənəsi
19.10.2026 [11:28]
Azərbaycanın müasir tarixində özünəməxsus yeri olan Füzuli şəhərinin azadlığı xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasətin parlaq təzahürüdür. Füzuli günü təkcə bir şəhərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan tarixi yolun mühüm mərhələsini, milli birliyimizin və Vətən sevgimizin təntənəsini ifadə edir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının onilliklər ərzində qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşməsi ilə nəticələndi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi müharibənin gedişində mühüm strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Uzun illər düşmən işğalı altında qalan şəhərin azadlığı Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın sarsılmaz əzmini bir daha nümayiş etdirdi.
Füzulinin azad edilməsi hərbi-strateji baxımdan da mühüm əhəmiyyət kəsb edirdi. Şəhərin düşmən işğalından qurtarılması Azərbaycanın cənub istiqamətində mövqelərini möhkəmləndirdi, sonrakı hərbi əməliyyatlar üçün əlverişli imkanlar yaratdı. Bu qələbə Vətən müharibəsində əldə olunan digər tarixi uğurların təmin edilməsində mühüm rol oynadı.
Füzuli uğrunda döyüşlərdə Azərbaycan əsgərləri misilsiz qəhrəmanlıq və fədakarlıq göstərdilər. Vətən torpağının hər qarışı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların müqəddəs qanı ilə azadlığa qovuşan Füzuli bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin və milli həmrəyliyinin rəmzlərindən biridir.
İşğal dövründə Füzulidə törədilmiş dağıntılar, yaşayış məntəqələrinin viran qoyulması və mədəni irs nümunələrinin məhv edilməsi şəhərin üzləşdiyi faciənin miqyasını göstərirdi. Lakin Azərbaycan dövləti azad edilmiş ərazilərin bərpasını və əhalinin doğma torpaqlara qayıdışını əsas prioritetlərdən birinə çevirib. Füzuli şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması, yol və nəqliyyat layihələrinin reallaşdırılması Böyük Qayıdışın real nəticələridir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin nəqliyyat imkanlarının genişləndirilməsi, Qarabağın beynəlxalq əlaqələrinin inkişafı və regionun iqtisadi potensialının artırılması baxımından mühüm addım oldu. Bu layihə Azərbaycanın dağıdılmış əraziləri yenidən qurmaq əzmini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Bu gün Füzuli günü bizə tarixi yaddaşın qorunmasının, milli birliyin möhkəmləndirilməsinin və qazanılmış Zəfərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasının vacibliyini xatırladır. Füzulinin azadlığı Azərbaycan xalqının heç vaxt öz torpaqlarından vaz keçmədiyini, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etmək gücünə malik olduğunu təsdiqləyən tarixi hadisədir.
Yenidən qurulan şəhər, doğma yurdlarına qayıdan insanlar və həyata keçirilən inkişaf layihələri Azərbaycanın sülhə, tərəqqiyə və davamlı inkişafa əsaslanan gələcəyinin göstəricisidir.
Füzuli günü-mübarizəmizin qürurunu, şəhidlərimizin əziz xatirəsini və qalib Azərbaycanın quruculuq iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Bu tarix xalqımızın yaddaşında milli qürur, azadlıq və əbədi Zəfər rəmzi kimi yaşayacaq.
Kamran Əmirov
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14

