Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / AQEM-in VII Zirvə Görüşü ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir

AQEM-in VII Zirvə Görüşü ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir

19.10.2026 [12:12]

            Məlum olduğu kimi, AQEM-in Bakıda keçirilən 7-ci zirvə görüşü ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirdi. Bu platformada təmsil olunan tərəfdaşlar ölkəmizin AQEM-in diqqətini ən vacib məsələlərə yönəltdiyini xüsusi qeyd etdilər.

          Qeyd edək ki, Prezident İlham Əliyevin toplantıdakı çıxışı müasir beynəlxalq münasibətlərdə mövcud problemlərin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın çıxışında əsas mesajlardan biri beynəlxalq hüququn selektiv tətbiqinin qəbuledilməzliyi və ikili standartlara son qoyulmasının zəruriliyi idi. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşsə də, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etmək istəmədilər. Xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun isə münaqişənin həllində nəticəsiz fəaliyyəti beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi çatışmazlıqlarını üzə çıxardı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2020-ci ilin Vətən müharibəsində ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atdı, 2023-cü ilin sentyabrında isə suverenliyini tam təmin etdi. Azərbaycanın tarixi qələbədən sonra Ermənistana sülh təklif etməsi isə dövlətimizin siyasi iradəsinin və regionda uzunmüddətli sabitliyə sadiqliyinin göstəricisidir. 

          Yeri gəlmişkən, rəsmi Bakının mövqeyi odur ki, Cənubi Qafqaz əməkdaşlıq və inkişaf məkanına çevrilməlidir. Bunun üçün qarşılıqlı etimadın gücləndirilməsi, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əməl olunması vacibdir. Bakı toplantısının digər mühüm istiqaməti Azərbaycanın Avrasiya məkanında strateji birləşdirici rolunun ön plana çıxarılması oldu. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantılar sahəsində həyata keçirdiyi layihələrlə regional və qitələrarası əməkdaşlığa mühüm töhfələr verir. Bu siyasət Azərbaycanın həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini artırır.

           Onu da qeyd edək ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər üzv və müşahidəçi tərəfdaşlar tərəfindən də təqdir olunur. Nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın institusional imkanlarının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın məqsədi Asiya məkanında qarşılıqlı etimadı, dialoqu və təhlükəsizliyi təşviq edən daha səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.

          Ən əsası, Bakı toplantısının əsas siyasi nəticəsi davamlı sülh və təhlükəsizliyin beynəlxalq hüququn hamıya bərabər tətbiqi ilə yanaşı, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq əsasında mümkünlüyüdür. Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar Azərbaycanın həm də daha ədalətli və sabit beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən mühüm siyasi aktor olduğunu bir daha nümayiş etdirdi. Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsi isə qarşıdakı işlər üçün möhkəm təməl kimi qiymətləndirilir. Sənəd regional təhlükəsizlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində ortaq prioritetləri müəyyənləşdirir.

Fərid Dünyamalıyev,

YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31