Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəngərli rayon təşkilatında VIII Qurultayın hədəfləri və qarşıda duran vəzifələr müzakirə olunub

YAP Kəngərli rayon təşkilatında VIII Qurultayın hədəfləri və qarşıda duran vəzifələr müzakirə olunub

19.10.2026 [12:51]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Kəngərli rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin mövzusu Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin və müəyyənləşdirilmiş strateji hədəflərin müzakirəsinə həsr olunub.

YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinin əsasını təşkil edir. O qeyd edib ki, qurultayda müəyyənləşdirilən hədəflərə nail olmaq hər bir partiya üzvündən fəallıq, təşəbbüskarlıq və məsuliyyət tələb edir. Sədr vurğulayıb ki, dövlətə sədaqət əməldə, xalqa xidmət isə konkret fəaliyyətlə öz təsdiqini tapmalıdır. Hər bir partiya üzvü milli maraqların qorunmasına və dövlətçilik ideyalarının təbliğinə öz töhfəsini verməlidir.

Digər çıxış edənlər də VIII Qurultayda qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən bəhs edərək partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının, yerlərdə təşkilati işin gücləndirilməsinin və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində hər bir üzvün üzərinə düşən məsuliyyətin vacibliyini qeyd ediblər.

Tədbirdə yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31