Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ərazi partiya təşkilatlarının üzvləri ilə VIII Qurultayın nəticələri müzakirə olunub

Ərazi partiya təşkilatlarının üzvləri ilə VIII Qurultayın nəticələri müzakirə olunub

19.10.2026 [12:53]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Tərtər rayon təşkilatının Kəngərli ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.

İclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək VIII Qurultayın tarixi-siyasi mahiyyətini, dövlət başçısının proqram səciyyəli çıxışında irəli sürdüyü konseptual ideyaları və partiya üzvlərinin qarşısında duran əsas vəzifələri ətraflı şərh edib. O vurğulayıb ki, VIII Qurultay YAP-ın fəaliyyətində keyfiyyətcə yeni inkişaf dövrünün təməlini qoydu və Prezident İlham Əliyevin nitqində əksini tapan strateji kurs partiyamızın perspektiv fəaliyyəti üçün yol xəritəsidir.

Eldar Əsədov ərazi partiya təşkilatlarının fəaliyyətində ardıcıllığın və sistemliliyin təmin edilməsinin, üzvlərin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin öz peşə fəaliyyətində məsuliyyətli olmalarının, əhali ilə sıx təmasda çalışmalarının və ictimai işlərdə fəal iştirakı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə töhfə vermələrinin əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən partiya fəalları VIII Qurultayın Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin və müəyyənləşdirilən vəzifələrin hər bir partiya üzvü üçün fəaliyyət proqramı olduğunu diqqətə çatdırıblar. Çıxışlarda Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolundan bəhs edilib. Dövlət siyasətinin mahiyyətinin əhaliyə aydın və dolğun çatdırılmasının, vətəndaşların fikir və təkliflərinin dinlənilməsinin, maarifləndirici fəaliyyətin davamlı təşkilinin vacibliyi vurğulanıb.

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31