Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

19.10.2026 [13:37]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Kürdəxanı qəsəbəsi, “M.Adil küçəsi 5” (Kürdəxanı Sağlamlıq Mərkəzi), Ramana qəsəbəsi, “Ə.Haqverdiyev küçəsi 1” (2 saylı Birləşmiş Şəhər xəstəxanası) və “H.Zərdabi küçəsi 55” (7 saylı Uşaq Nevroloji Sanatoriyası) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə qeyd olunub ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli nitqi partiyamızın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsidir.Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının üzərinə böyük məsuliyyət qoyur.

Çıxış edənlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti həmişəki kimi bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini, qarşıya qoyulan vəzifələrin icrasında yaxından iştirak edəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31