/ / YAP Tərtər rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib
YAP Tərtər rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib
25.04.2014 [09:30]
Ramiz Şabanov: Ulu öndərimizin müdrik siyasi kursu və zəngin idarəçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Ramiz Şabanov açaraq Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib.
Natiq məruzəsində dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi çətin və şərəfli yola qısa nəzər salıb, Ulu öndərin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndərimizin müdrik siyasi kursu və zəngin idarəçilik irsi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. İllər ötdükcə dahi şəxsiyyətin böyüklüyü, xalqının xoşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası bizlərə daha aydın və dolğun çatır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası və irsi bənzərsizdir. Taleyüklü hadisələrlə zəngin olan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, ən yeni tariximizə müasir dövlət quruculuğu illəri kimi daxil olan bu dövr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Bu şanlı salnamənin hər bir səhifəsində Ulu öndərimiz Heydər Əliyevin qüdrətli izi qalıb”.
Məruzə ətrafında çıxış edən Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva, şəhər 3 saylı ümumi orta məktəbinin direktoru Ləman Qasımova, rayon Təhsil şöbəsinin müdir müavini Ağa Ələsgərov, YAP Tərtər rayon təşkilatının Şura üzvü Rüfət Qasımov, “Yeni Tərtər” rayon qəzetinin direktoru Tofiq Yusif, YAP Tərtər rayon təşkilatı idarə heyətinin üzvü, rayon səhiyyə şöbəsi baş həkiminin müavini Mətanət Hüseynzadə və başqaları böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, gənclərə qayğısından, həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslin formalaşmasındakı rolundan danışıblar. Bildirilib ki, əsası Ulu öndər tərəfindən qoyulmuş quruculuq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

