Daşkəsənlilərin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə yoxdur
04.12.2014 [11:10]
Daşkəsəndə YAP-ın səlahiyyətli nümayəndələri seçicilərlə görüşüb
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Daşkəsən rayonunun Xoşbulaq kəndində seçicilərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Musa Quliyev və Xanlar Fətiyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rafael Gülməmmədov iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib ki, Daşkəsən rayonu üzrə YAP tərəfindən 19 bələdiyyə üzrə 145 namizəd irəli sürülüb. Namizədlərin müəyyənləşdirilməsində rayon təşkilatı gənclərə və qadınlara üstünlük verib: “İnanırıq ki, bu işlər öz nəticəsini verəcək və YAP-ın namizədləri bu seçkilərdə də qələbə qazanacaqlar”.
Daha sonra çıxış edən millət vəkili Musa Quliyev qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. O qeyd edib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun fikrincə, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir.
Millət vəkili Xanlar Fətiyev isə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq deyib ki, bu inkişaf proseslərində bələdiyyələrin də rolu var. Ona görə də, xalqımız dövlətimizin daha da inkişafı naminə YAP-ın namizədlərinə səs verməlidirlər.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. Baş redaktor vurğulayıb ki, məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir. Bu isə nəticə etibarilə hər bir seçkinin sonunda öz ifadəsini tapır: “Bələdiyyə seçkilərində də xalqımızın, o cümlədən, daşkəsənlilərin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə etmirik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

